CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nə əylənə bildilər, nə qarınları doydu, hələ pulları da getdi

© Photo : Pixabay / Zdeněk ChalupskýПойманный карп в сетке
Пойманный карп в сетке - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakinləri Azər Məlikov, Cavad Quluzadə, Nuruş Müslümov və Mingəçevir şəhər sakini Rövşən Cəfərov olduğu məlum olub

BAKI, 22 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi növbəti nəzarət tədbiri zamanı Mingəçevir su anbarının Alazan çayına birləşən və Samux inzibati rayonuna aid olan hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə  bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakinləri Azər Məlikov, Cavad Quluzadə, Nuruş Müslümov və Mingəçevir şəhər sakini Rövşən Cəfərov olduğu məlum olub və onlardan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb: “Faktla bağlı  A.Məlikov və C.Quluzadə barəsində protokol tərtib edilərək hər biri 1500 manat məbləğində cərimə olunub. Digər təqsirkarlar N.Müslümov və R.Cəfərov barəsində isə akt tərtib olunub və təbiətə 2970 manat məbləğində ziyan vurduqları müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda Su Nəqliyyatında Polis İdarəsində istintaq aparılır”.

Xəbər lenti
0