CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərin açılması ilə bağlı müəmma - Ekspert həyəcan təbili çalır

© Sputnik / Kamilla AliyevaПошив школьной формы, фото из архива
Пошив школьной формы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış təhsil eksperti ilə məktəbli forması istehsal edən müəssisələrin nümayəndələri əks mövqedədirlər. İkincilər təbii ki, formanın satışının tərəfdarıdırlar.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Koronavirus pandemiyası dövründə bu tədris ili dərslərin necə təşkil olunacağı sual altında olsa da, artıq məktəbli formasının satışına başlanılıb. Belə ki, Bakı Tikiş Evi (BTE) tərəfindən məktəbli formasının satışı aparılır.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında məktəbli formalarının pandemiya dövründə satışının riskli olduğunu söyləyib. O, bildirib ki, şagirdlər üçün koronavirus riski olduğu üçün məktəblərdə dərslərin necə aparılacağı hələ bilinmir. Bu halda şagirdləri məktəbli forması almaq üçün mağazalara aparmaq təhlükəlidir: "Mən təklif edirəm ki, şagirdlər bu il məktəbə köhnə forma ilə getsinlər. Məktəbli formalarının satış yerlərində sıxlıq olur. Ölçü uyğun gəlmədiyindən bu formalar alındıqdan sonra dəyişdirilir. Beləcə formaya yüz nəfərin əli dəyir. Yaxşı olardı ki, bu tədris ili məktəbli formaları satılmasın. Çünki, şagirdlərin təması baxımından məktəblərdə dərslərin təşkili müzakirə olunur. Belə halda şagirdlərin, valideynlərin forma üçün həmin mağazalara axışması virusun yayılması baxımından da risk yaradır. Mən də öz övladlarıma yeni forma almayacağam".

Kamran Əsədov - Sputnik Azərbaycan
Ekspert: “Ənənəvi formada dərslərin keçilməsi bərpa edilməlidir”

BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli formalarının həm satışı həmçinin də istehsalı davam edir: "Məktəbli formasının satışı zamanı virus yayılması kiminsə öz fikridir. Biz mağazalarda lazımi dezinfeksiyaedici məhlullar qoymuşuq. Məktəbli forması əldən-ələ gəzmir. Kimə nə ölçü lazımdırsa, onu da satıcılar verir. Biz hər gün evə alış-veriş edirik. Geyim mağazaları da artıq fəaliyyətə başlayıb. Bəyəm bizim evə aldığımız digər əşyalarda virus gəlir? Virus əşyaların üzərində uzun müddət qalmır. Ona görə də düşünmürəm ki, məktəbli formasının satışı şagirdlər üçün virus təhlükəsi yarada".

E. Əzimov bildirib ki, əsasən 1-ci siniflər üçün məktəbli forması istehsal edilir. Amma bizə məlumat verildikdən sonra artıq yuxarı siniflər üçün də forma istehsalına başlanılıb: "Bu gün əsas 1-cilər üçün forma alınır. Amma yuxarı siniflər də gəlib tək-tək forma alırlar. Kimisi şalvar alır, kimisi köynək, ətək alır. Bu günlərdə liseylərdən biri bütün sinif üçün forma sifariş verib. Biz hazırda da forma istehsalını davam etdiririk".

Bakı Tekstil Fabrikinin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda anbarda kifayət qədər məktəbli forması var. Valideynlər müraciət edib forma ala bilərlər.  

Xəbər lenti
0