CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gündəlik sərnişin axını artır

© AP Photo / Burhan OzbiliciЛюди в автобусе, фото из архива
Люди в автобусе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin tələbatını qarşılamaq üçün 153-ü müntəzəm, 12-si ekspres xətt olmaqla ümumilikdə sərnişindaşımalarına 2200 avtobus çıxarılıb

BAKI, 19 avqust — Sputnik. Gündəlik sərnişin axını artmaqdadır. Ötən həftə ilə müqayisədə sərnişin axınında artım müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 11 avqust tarixində 1.646.820 arasında dəyişən gündəlik sərnişin səfər sayı 18 avqust tarixində 6% artaraq 1.741.456-a çatıb. Sərnişin tələbatını qarşılamaq üçün 153-ü müntəzəm, 12-si ekspres xətt olmaqla ümumilikdə sərnişindaşımalarına 2200 avtobus çıxarılıb. Bu da xəttə çıxarılan marşrutlar üzrə maksimal göstərici hesab olunur.

Xəbər lenti
0