16:32 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2010

M9 xəttinin istifadəyə verilməsi ilə "Sea Breeze" istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq

BAKI, 18 avqust — Sputnik. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti 19.08.2020-ci il tarixindən fəaliyyətə başlayır. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə "BakuBus" MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.

M9 xəttinin istifadəyə verilməsi ilə "Sea Breeze" istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13-14 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M9 ekspres xətti üzrə avtobusların hərəkət sxemi "Sea Breeze" istirahət mərkəzi - "Nəriman Nərimanov" metro stansiyası istiqaməti müəyyən edilib.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M9 xətti üzrə "BakıKart" ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və "BakıKart"ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.

Əsas mövzular