00:59 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
342030

"Təhsil Nazirliyi statistik təhlillər aparmalıdır ki, hansı bölgədə yaşı 60-dan çox olan müəllimlər var. Bundan əlavə, müəllimlərin işə qəbul prosesində gənc kadrlara üstünlük verilməlidir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Təhsil İnstitutu koronavirus pandemiyası dövründə tədris prosesinə cəlb edilən müəllimlərin böyük əksəriyyətinin yüksək risk daşıyıcılarıdırı olduğunu açıqlayıb. Məlumada bildirilir ki, pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, tədris prosesinə cəlb edilən müəllimlərin böyük əksəriyyəti yuxarı yaş qrupuna aiddirlər və nisbətən yüksək risk daşıyıcılarıdırlar. Bu məsələ Təhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırmada yer alıb. Bildirilib ki, bu mənada yüksək risk qrupuna aid müəllimlərin sağlamlığının qorunması vacib prioritetlərdən biri olmalıdır. Ümumtəhsil müəssisələrində çalışan işçilərdən 20 yaşadək 135 nəfər (0.1 faiz), 20-30 yaş arasında olanlar 24 862 nəfər (12 faiz), 30-40 yaş arasında olanlar 61 126 nəfər (28 faiz), 40-50 yaş arasında olanlar 47 887 nəfər (22 faiz), 50-60 yaş arasında olanlar 55 477 nəfər ( 26 faiz), 60 və daha yaşlı olanlar 25 778 nəfərdir (12 faiz).

Sputnik Azərbaycan bu baxımdan yeni tədris ilindən dərslərin necə keçiriləcəyini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlər təkcə yaşa görə virusa yoluxmada risk qrupuna daxil deyil: "Cavan müəllim də gündə bir neçə sinifdə dərs keçir. Fənn müəllimləri bir gündə ən azı 5-6 sinfin şagirdləri ilə kontaktda olur. Bu baxınmdan cavan-yaşlı fərqi yoxdur, müəllimlər risk qrupu sayılırlar. Yaşlı müəllimlər üçün isə bu təhlükə daha böyükdür. Onların yaşı çox olduğu üçün yanaşı xəstəlikləri olarsa virusa yoluxma həyatları üçün təhlükə yarda bilər".

Təhsil üzrə ekspert Kamran Əsdədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə tədris ilinə ənənəvi qaydada davam etmək üçün Təhsil Nazirliyi ehtiyat müəllim bazası yaratmalıdır: "Hazırkı vəziyyətdə müəllimlərin xeyli hissəsini yaşlı kontingent təşkil edir. Ona görə də pandemiya dövründə yaşlı müəllimlərin məktəbə gəlib dərs keçməsi təhlükədir. Çünki, onların digər xəstəlikləri də olur. Bu gün həm ümumtəhsil, həmçinin də ali məktəblərdə yaşlı müəllimlər üstünlük müəllimlər təşkil edir. Ona görə də, Təhsil Nazirliyi statistik təhlillər aparmalıdır ki, hansı bölgədə yaşı 60-dan çox olan müəllimlər var. Bundan əlavə, müəllimlərin işə qəbul prosesində gənc kadrlara üstünlük verilməlidir".

K. Əsədov deyir ki, pedaqoji ali təhsil müəssisələrinin son kurs tələblərini məktəblərə dərs keçməyə cəlb etmək olar: "Hazırda müzakirə olunan məsələlərdən biri odur ki, ibtidai siniflər üzrə dərslər ənənəvi qaydada keçirilsin. Amma nəzərə almaq lazımdır ki, elə ibtidai sinif müəllimlərinin çoxu yaşlı insanlardır. Ona görə də, nazirlik ehtiyat müəllim bazası yaratmalıdır".

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 28 iyul 2020-ci ilə olan tarixə qədər yoluxanların yaş qrupuna görə bölgüsünü təqdim edib. Bölgüyə əsasən, COVID-19 pandemiyası zamanı virusa yoluxanların 18%-i 30-39 yaş aralığında, 15%-i 40-49 yaş aralığında, 21%-i 50- 59 yaş aralığında, 16%-i 60-69 yaş aralığında yerləşir. Bu isə orta və daha yuxarı yaş kateqoriyasından olan əhali qruplarının yoluxma sayı və ehtimalının böyük olmasının göstəricisidir.

Əlaqədar

Təhsil naziri əmr imzaladı - Dərs verməzdən əvvəl...
Məktəblərin açılmaması fəsadlara yol açır - Operativ Qərargah
Dərslərin sentyabrda başlayacağı sual altındadır, amma maraqlı alternativlər var
Türkiyə məktəblərin açılması ilə bağlı qərar verdi
Dərslər bu qaydada başlasa, valideynlər işsiz qalacaqlar
Teqlər:
pandemiya, məktəb, COVID-19, yoluxma, müəllim, tədris, dərs, Kamran Əsədov, Təhsil Nazirliyi, təbib

Əsas mövzular