17:45 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
12 0 0

2019-cu ildə 1832, cari ilin 6 ayında isə 586 belə körpə aşkarlanıb və onların əksəriyyəti də elə məktəbəqədər yaşda olan uşaqlar olub

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. 2019-cu ildə 148, 2020-ci ilin 6 ayında isə ev şəraitində 83 körpənin doğulması faktı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhan Kərimova deyib.

O bildirib ki, ötən il qeydə alınan belə uşaqların 139-nun sənədləşmə işləri həyata keçirilib, digərlərinin isə valideynlərinə məhkəməyə müraciət etmək üçün hüquqi yardım göstərilib: "Doğumun dövlət qeydiyyatı eyni zamanda icra nümayəndəlikləri tərəfindən aparılır və təəssüflə qeyd etməliyəm ki, bizim kəndlərdə hələ də maariflənməyən valideynlərimiz var. Nazirliyin əməkdaşları tərəfindən bu sahədə də maariflənmə işləri aparılıb və doğuşu qeydə alınmayan uşaqlar da aşkar edilib. Qeyd edim ki, 2019-cu ildə 1832, cari ilin 6 ayında isə 586 belə körpə aşkarlanıb və onların əksəriyyəti də elə məktəbəqədər yaşda olan uşaqlar olub".

Nazirlik qeydiyyat şöbələri tərəfindən göstərilən yardımlarla bağlı ümumi statistikanı da açıqlayıb: "2019-cu ildə 5723, cari ilin 6 ayında isə 1982 şəxsə tibbi yardım götərilib".

Əsas mövzular