CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üfunəti tüstü ilə ört-basdır etməyin qiyməti üç min manatdır

© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli
Bərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 14 avqust — Sputnik. Füzuli rayonu Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3000 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

Xəbər lenti
0