07:56 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
64220

Əgər koronavirus pandemiyası tərəfindən yeni "sürprizlər" olmasa, yaxın vaxtlarda təməli səkkiz il bundan əvvəl qoyulmuş yeni metro stansiyası Bakı sakinlərinin istifadəsinə veriləcək.

BAKI, 12 avqust — Sputnik, Zarina Orucəliyeva. Bakı metrosunun şərti adı "B3" olan yeni stansiyası 2020-ci ilin sonunadək istifadəyə veriləcək. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Bu, "bənövşəyi" xəttin "Avtovağzal" və "Memar Əcəmi"dən sonrakı üçüncü stansiyası olacaq. Buna paralel olaraq həmin xətdə "Xocəsən" deposunun tikintisi aparılır.

Məmmədov bildirib ki, "B3" stansiyasının tikintisi üzrə işlər yekun mərhələyə çatıb.

"Stansiyanın açılması barədə danışmaq hələ tezdir. 2020-ci ilin mayında "Bakı Metropoliteni"nin nümayəndələrinin iştirakı ilə keçirilmiş son brifinq çərçivəsində məlumat verildi ki, bizdən asılı olan bütün işlər vaxtında yerinə yetirilir. Amma nəzərə almaq lazımdır ki, avadanlığın bir hissəsi xaricdən alınır. Bu səbəbdən də pandemiyaya görə tədarükçü ölkələrdə heç bir çətinlik yaranmasa, stansiyanın vaxtında açılmasında heç bir problem yaranmayacaq", - deyə Məmmədov bildirib.

"B3" stansiyası Bakı Metropoliteninin tarixində, demək olar ki, uzunmüddətli tikintilərdən biridir. Onun əsası 2012-ci ildə qoyulub. "Bənövşəyi" xəttin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2" 2016-cı il aprelin 19-da istifadəyə verilib.

Stansiyanın girişi Ceyhun Səlimov və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində yerləşir. Hazırda burada yollar çəkilir, təhlükəsizlik sistemi quraşdırılır. Stansiyaya quraşdırılacaq eskalatorlar və liftlər artıq Bakıya gətirilib. Hələ havalandırma və hərəkətin tənzimlənməsi sisteminin bir hissəsi alınmalıdır.

"B3" stansiyasının açılışından sonra metronun "B4" və "B5" stansiyalarının tikintisi nəzərdə tutulur.

Əlaqədar

Metro niyə bağlı qaldı?
Saatda 320 kilometr sürətlə... Yoluxma əsasən bu yerlərdə qeydə alınır
BNA-dan metro stansiyaları ilə bağlı qərar
Sükut və sərinlikdə: Bakı metrosunda gözəl yenilik
On il gözləyək – 119 kilometr yol, 76 stansiya olacaq

Əsas mövzular