CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidКошка лезет на стол во время подготовки к застолью, фото из архива
Кошка лезет на стол во время подготовки к застолью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Goranboyda reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb ki, onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib".

BAKI, 11 avqust — Sputnik. Goranboyda evdə gizli ad günü keçirmək istəyən şəxslər saxlanılıb.Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 10-da RPŞ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində ad günü mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimini dayandırıb, iştirakçılar saxlanlıraq Polis Şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq nəvələrinə ad günü keçirmələri barədə razılığa gəliblər. Həmin şəxslər də daxil olmaqla məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Onlardan 10 nəfərin barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib. Bundan başqa görülən tədbirlər nəticəsində rayon ərazisində 1 nişan və 1 toy mərasiminin də qarşısı alınıb.

Xəbər lenti
0