18:41 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
17620

"Hazırkı vəziyyət onu bir daha sübut edir ki, sürücülər yollarda nişanlama xətlərinə baxmır, şüuraltı hərəkət edirlər" - Elməddin Muradlı

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bu gün səhər saatlarından "Xətai" metrosu yaxınlığında, Sabit Orucov küçəsində yol nişanlarında dəyişiklik edilib. Əvvəllər iki istiqamətli olan yol bir istiqamətli edilib.

Bu barədə Sputnik Azərbaycan-a sürücülərdən biri məlumat verib.

O bildirib ki, sürücülərin əksəriyyəti bu dəyişiklikdən xəbərsiz olduğu üçün qarşı yola çıxaraq, qayda pozmaqla yanaşı, tıxacın yaranmasına səbəb olub.

© Sputnik / Irade JELIL
Sabit Orucov küçəsində avtomobil hərəkatı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallarla bağlı müvafiq qurum mətbuat vasitəsilə ilə sürücülərə xəbərdarlıq etməlidir. Bundan sonra həmin yol nişanları çəkilib, quraşdırılmalıdır: "Düzdür, bəzi sürücülər öz adətlərindən əl çəkmirlər. Belə düşünürlər ki, həmişə haradan getmişəmsə, yenə oradan getməliyəm. Amma qaydalar hamı üçündür və yol xətlərində dəyişiklik varsa, hamı buna əməl etməlidir. Hazırkı vəziyyət onu bir daha sübut edir ki, sürücülər yollarda nişanlama xətlərinə baxmır, şüuraltı hərəkət edirlər".

© Sputnik / Irade JELIL
Sabit Orucov küçəsi

Ekspert həmçinin vurğulayıb ki, bu, həm də müvafiq qurumların məsuliyyətsizliyidir. Həmin qurumlar yolda dəyişikliklə bağlı mətbuatda ətraflı məlumat verməli idi:

"Bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsilə tənzimlənir. Və sürücülər birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiklərinə görə 100 manat - 4 bal cərimə edilirlər".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov Sputnik Azərbaycan-a bildirib ki, bir müddət öncə Xətai rayonunda iki küçə - Sabit Orucov və ona paralel küçələrdə hərəkətin istiqaməti dəyişdirilib. Sürücülərə qaydalara əməl etmək tövsiyə edilir.

Əlaqədar

BNA: Bakı küçələrində sıxlıq müşahidə olunur - FOTO
Bakı tıxaclarına necə də dərman olardı – yeniliyi məmurlara təqdim elədilər - VİDEO
Bu günü də gördük: Daha Xırdalan dairəsində ilişib qalmayacaqsınız

Əsas mövzular