CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ

© Sputnik / Irade JELILSuraxanıda
Suraxanıda - Sputnik Azərbaycan
Abunə olmaq
Binada yaşayan bir ailəyə kompensasiya veirlmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bakının Suraxanı rayonu Xanlar Ələkbərov küçəsi 43 saylı binanın sakinləri şikayətlə redaksiyamıza müraciət ediblər.

Sakinlərin Sputnik Azərbaycan-a dediyinə görə, yaşadıqları binanın 110 yaşı və qəzalı vəziyyətdə olmasına baxmayaraq, onların vəziyyəti ilə maraqlanan yoxdur.

Bir ay öncə həmin küçədəki, 43 saylı binaya yaxın şəkildə tikilmiş (söykənmiş) 41 saylı bina sökülüb. Sakinlərə kompensasiya verilib və onlar binadan çıxarılıblar. 41 saylı binanın sakinləri də əşyalarını toplayıb çıxıblar.

© Sputnik / Irade JELILBakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ - Sputnik Azərbaycan
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Ancaq binada yaşayan bir ailəyə kompensasiya verilmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

Bu heç, bu, dərdin yarısıdır.

43 saylı binanın sakinləri iddia edirlər ki, qonşu bina söküldükdən sonra onların onsuz da qəzalı vəziyyətdə olan binaları daha da təhlükəli vəziyyətə düşüb. Belə ki, divarlarda çatlar yaranıb, tavan aşağı əyilib.

Əvvəlcə onu deyək ki, sakinlərin sözlərinə görə, bina 1890-cı ildə tikilib. Bəzi sakinlərə ev bu binada sovet dövründə işlədikləri idarələr tərəfindən verilsə də, bəziləri sonradan binadan mənzil alıblar.

Binaya bütün kommunal xətləri sakinlər öz hesabına çəkdiriblər.

© Sputnik / Irade JELILBakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakinləri
Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ - Sputnik Azərbaycan
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakinləri

Binanın kanalizasiya sistemi olmadığı üçün binada olan mənzillərin suyu yaxınlıqdakı gölməçəyə axıdılır. Havalar bir balaca isti olan kimi isə iy-qoxu ətrafı başına alır.

Hələ bu azmış kimi, ərazi neft ərazisi olduğu üçün neft qoxusu da bu üfunətə qarışır.

Qısacası, 43 saylı binanın sakinləri deyirlər ki, onların yaşayışı yaşamaq deyil, gün saymaqdır.

Gün sayırlar ki, binaları nə vaxt plana düşəcək, onlar da kompensasiyalarını alıb, normal evə köçüb yaşayacaqlar.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina - Sputnik Azərbaycan
1/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini - Sputnik Azərbaycan
2/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini - Sputnik Azərbaycan
3/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina - Sputnik Azərbaycan
4/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini - Sputnik Azərbaycan
5/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
1/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
2/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
3/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
4/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
5/5
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini

Cəbrayıl rayonundan məcburi köçkün olan Mələk Babayeva Sputnik Azərbaycan-a bildirib ki, uzun illərdir ki, bu ünvanda yaşayır. Yaşadıqları evi ara-sıra təmir etsələr də divarlar, tavan ovulub tökülür.

Bina sakini Zöhrə Hüseynovanın sözlərinə görə, binanın 120 yaşı var. Hər il mənzillərini təmir etsələr də, yenə sıradan çıxır. Ərazi neft ərazisi olduğu üçün səhərlər ətrafda güclü neft qoxusu hiss edilir: "Bir il əvvəl Suraxanı İcra Hakimiyyətindən gəlib ölçdülər. Dedilər, mənzillər söküləcək. Çox sevindik. Ancaq bir ay əvvəl gəlib, 41 saylı binanı sökdülər. Sökülən binanın divarları bizim binaya bitişik olduğu üçün evlərimiz qəzalı vəziyyətə düşüb".

Hazırda binada yaşayan bəzi sakinlər evlərini qoyub kirayədə yaşayırlar.

© Sputnik / Irade JELILBakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan binada mənzil
Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ - Sputnik Azərbaycan
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan binada mənzil

Evlərin əksəriyyətinin tavanı sıradan çıxıb, divarlarda rütubətin yaratdığı kif və evlərdə kəskin kif qoxusu var.

Paşa Abdullayev deyir ki, 50 ildir, bu binada yaşayır.

"Bina istismar müddətini uzun illər əvvəl bitirib. Ancaq biz evsiz qalmamaq üçün bacardığımız qədər təmir etmişik. İndi artıq təmir etməklə də iş bitmir. Etdiyimiz təmir 2-3 günə başımıza tökülür. Binanın daşları belə ovulub tökülür. Tavan-döşəmə çoxdan sıradan çıxıb. Birinci mərtəbədəkilər qorxurlar ki, ikinci mərtəbədə yaşayanların tavanı uçub başlarına tökülər. Yəni, qısacası, çıxılmaz vəziyyətdəyik", - deyən bina sakini qeyd edib ki, qonşu binanın sökülməsi onların evinin vəziyyətini daha da gərginləşdirib.

© Sputnik / Irade JELILBakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ - Sputnik Azərbaycan
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini

Əgər əvvəl binalar köhnə də olsa bir-birinə söykəndiyi üçün yaşamaq mümkün idisə, indi 43 saylı binaya yaxın olan 41 saylı bina sökülüb. Və 43 saylı binanın divarlarında çatlar əmələ gəlib.

Hazırda binada 15 mənzil var və burada 20 ailə yaşayır. Mənzillərə baş çəkib, qoxunu hiss etmək 43 saylı bina sakinlərinin necə yaşadığını bilmək üçün bəs edir.

Düzdür, Xanlar Ələkbərov küçəsində 2015-ci ildə bütün binaların fasadı təmir edilib. Böyük, xüsusi zövqlə seçilmiş darvazalar da qoyulub. Yəni kənardan baxsan, heç düşünməzsən ki, bu hasarın o tayında, bu darvazadan içəridə belə acınacaqlı vəziyyət hökm sürür.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə sakinlərə bildirilib ki, "gözləyin, nə vaxt binanız plana düşsə, o vaxt da çıxacaqsınız".

© Sputnik / Irade JELILBakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ - Sputnik Azərbaycan
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Yəni nə olursa-olsun prosesləri tezləşdirmək mümkün deyil.

Qeyd edək ki, koronavirusun sürətlə yayıldığı bir dövrdə rütubət qoxulu, uçulub-sökülmək üzrə olan mənzillərdə uşaq saxlamaq o qədər də asan deyil. Binanın isə çox sayda kiçik sakinləri var...

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Xəbər lenti
0