CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər dərdin çarəsi var: Məktəblərdə sıxlıq problemini həll etmək olar, yetər ki başlayaq

© Sputnik / Irina AdamovaMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Pandemiya ili olduğundan öncəki illərdən fərqli olaraq şagirdlər sinifdə sıxlıq təşkil etməməlidir. Bunun üçün şagirdlərin bölgü prinsipinə riayət edilməlidir" - Kamran Əsədov

BAKI, 9 avqust — Sputnik. Artıq məktəblərin açılması ilə bağlı bir işartı var. Bakı Tikiş Evinin fəaliyyətə başlaması, o cümlədən də məktəblərin önündə gedən təmir, rəngləmə işləri də bunu deməyə əsas verir.

Düzdür, hələlik bununla bağlı rəsmi qərar yoxdur. Amma bir çox ekspertlər də yeni tədris ilinin başlanmalı olduğunu qeyd edirlər. Onların fikrincə, dünya təcrübəsindən istifadə edərək, müəyyən düzəlişlər və məhdudiyyətlərlə tədris ilinə başlamaq olar.

В одной из школ, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəblər nə zaman açılacaq?

Lakin məktəblərin açılacağı müzakirə predmeti olarsa, o zaman təhsil müəssisələrinin önündəki tıxac, qələbəlik problemi necə həll olunacaq? Pandemiya dövrü olduğundan insanların qapalı mühitdə zaman keçirtməsi böyük risk yaradır. Təcrübədən məlumdur ki, övladlarını məktəbə maşınla gətirən valideynlər məktəblərin qarşısında sıxlıq yaradaraq, eyni zamanda yollarda da tıxaca səbəb olur ki, bu da pandemiya dövründə avtobus və taksi sərnişinləri üçün riski bir qədər artırır. Bəs, belə olan halda nə edilməlidir?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, heç bir halda koronavirus bəlası başa çatmayana qədər əvvəlki tədris sistemini bərpa etmək olmaz: "Bu gün ölkənin 4447 orta-ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Tədris vaxtı xüsusən Bakı şəhərində orta-ümumtəhsil məktəblərinin qarşısında çox ciddi sıxlıq müşahidə olunur ki, pandemiya dövründə də bu qədər şəxsin eyni vaxtda tədris müəssisəsinə gəlməsi yoverilməzdir. Sıxlığın aradan qaldırılması üçün kifayət qədər üsullar var".

Ekspert bildirir ki, ilin sonuna qədər pandemiya ili olacaq və bu səbəbdən bir çox iş yerləri, özəl sektorlar fəaliyyətini məhdudlaşdırdığı üçün hər kəs aktiv fəaliyyətdə olmayacaq. Yalnız məktəblərin qarşısında sıxlıq ola bilər ki, bu zaman da nöbvəlilik prinsipinin olması yarana biləcək sıxlığın qarşısını alacaq.

"Sentyabrda tədris ili başlayacaq. Lakin pandemiya ili olduğundan öncəki illərdən fərqli olaraq şagirdlər sinifdə sıxlıq təşkil etməməlidir. Bunun üçün şagirdlərin bölgü prinsipinə riayət edilməlidir. 1-3-5, 2-4-6-cı günlər dərsə gəlməklə şagird sıxlığını yarıya qədər endirmək lazımdır. Bundan başqa, həmin şagirdləri 2 növbə ilə tədris müəssisəsinə çağırmaq lazımdır", - deyə K.Əsədov əlavə edib.

O bildirib ki, artıq indidən məktəblərin də qarşısında nişanlama, işarələmə işlərinə başlanılmalıdır: "Maşınların dayanacağı yerlər, məktəbin qarşısında şagirdlər arasında məsafələr üçün işarələr qoyulmalıdır. Yaxşı olardı ki, indidən bu işlərə başlanılsın. Bundan başqa, məktəblərin girişində dezinfeksiyaedici aparatlar qoyulmalıdır ki, uşaqlar bir-bir içəri daxil olduqda üzərilərinə xüsusi dezinfeksiyaedici məhlullar səpilsin. Bundan başqa, uzaq məsafədən istiliyin ölçülməsi də təmin edilməli, qoruyucu maskalar qoyulmalıdır".

Xəbər lenti
0