03:36 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
262 0 0

Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaq

BAKI, 4 iyul – Sputnik. Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.

Sputnik Azərbaycan-ın Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək: “Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əsas mövzular