16:10 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
60710

"Hələlik masaj xidmətinə icazə verilməsə də, neyləyək, acından öləsi deyilik ki?! VÖEN-im var, evdən işləyirəm" - Masajçı qadın

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Masaj xidmətləri avqustun 5-dək dayandırılsa da, artıq bəzi yerlərdə masaj xidmətləri açıq-aşkar fəaliyyət göstərir.

Sputnik Azərbaycan olaraq son vəziyyəti öyrənməyə çalışdıq. Əlaqə saxladığımız masaj salonlarından biri açıq-aşkar fəaliyyət göstərdiklərini bildirdi: "Ünvanımız Xətai rayonunda, Natiq Əliyev küçəsində yerləşir. Bizdə SPA xidməti olmadığından fəaliyyətimizi açıq-aşkar həyata keçiririk. Bütün müştərilərə ayrı-ayrı otaqlarda xidmət göstərilir. Hazırda xidmət göstəririk".

Qiymətlərə gəldikdə isə salondan bildirilib ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur: "Qiymətlər öncəki kimidir, nə artım, nə də azalma var. Müştərilər üçün müxtəlif hədiyyə kartları da hazırlanıb. Kartların növündən asılı olaraq qiymətlər də dəyişir. 100 manata 2 prosedur (istifadə müddəti 1 ay), 250 manata 5 prosedur (istifadə müddəti 2 ay), 500 manata 10 prosedur (istifadə müddəti 3 ay) daxildir.  

VIP otaq️larda isə qiymətlər daha fərqlidir:  

1 nəfər - 90 dəqiqə - 150 manat. Bu paketə daxildir - vanna proseduru, masaj xidmətləri, çay, peçenye, dondurma.

2 nəfər - 90 dəqiqə - 200 manat. Bu paketə daxildir - vanna proseduru, masaj xidmətləri, çay, peçenye, dondurma.

3 saat - 300 manat - 1 və ya 2 nəfər. Bu paketə daxildir - vanna proseduru, masaj xidmətləri, çay, desert, dondurma, yemək

Honeymoon Paketi (Bal Ayı Paketi) - 3 saat - 400 manat. Bu paketə daxildir - vanna proseduru, masaj xidmətləri, çay, desert, dondurma, yemək, qırmızı şərab + otağın ləçəklərlə, şarlarla, güllərlə və şamlarla bəzədilməsi.

Masaj salonları ilə yanaşı, evdə masaj xidməti də göstərilir. Əlaqə saxladığımız qadın masajçı qadağaların olmasına baxmayaraq fəaliyyət göstərir, əməlinin qanunla qadağan olunduğunu bilsə də - "neyləyək, acından ölməyəcəyik ki" deyir: "Ümumilikdə, 2 saat xidmət göstərirəm, onun bir saatı müalicəvi masaj, yarım saatı duş, digər yarım saatı isə çay, qəhvə və dincəlmək üçün ayrılır. Qiymət 25 manatdır. Xidməti öz evimdə göstərirəm. Həm uşaqlara, həm kişilərə, həm də qadınlara xidmət göstərirəm. Müştəri qadın olduqda evə gedirəm, bu zaman da məsafədən asılı olaraq qiymət dəyişir".

"Hələlik masaj xidmətinə icazə verilməsə də, neyləyək, acından öləsi deyilik ki?! VÖEN-im var, evdən işləyirəm. Heç bir problem yoxdur", - deyə həmsöhbətimiz əlavə edib.

Əlaqədar

“Daş dövründən” qayıtmaq olar: Bərbərxana və gözəllik salonları açıldı
Karantinin həsrət qoyduğu həyat! Özümüzü necə qoruyacağımız sual altındadır
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
Yenidən bəlaya düşməyək: Sərtdən sonra yumşalma necə nəticə verəcək?

Əsas mövzular