CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İlk iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir. Daha sonra ayın 6 və 7-də də iclaslar davam etdiriləcək.

BAKI, 31 iyul — Sputnik. Milli Məclis yenidən növbədənkənar sessiyası keçirəcək.  Sessiya üç gün davam edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir. Daha sonra ayın 6 və 7-də də iclaslar davam etdiriləcək.

İclasın gündəliyinə 6 məsələnin daxil edildiyi bildirilir. Bunlar aşağıdakılardı:

1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş):

 2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş). 

Xəbər lenti
0