14:21 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
20 0 0

Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.

BAKI, 30 iyul — Sputnik. Yol kəsişmələrində sarı kəsişmə torunun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq.

Bununla yanaşı, 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.  Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulub. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır. "Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərdən xahiş edirik. Sarı kəsişmə torunun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə təşəkkür edirik", - məlumatda qeyd olunur.

Əsas mövzular