CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerli oyuncaq istehsalçısı: Keyfiyyətdə də, qiymətdə də Çin malına rəqibdir - FOTOREPORTAJ

© Sputnik / Nigar IskanderovaQobu oyuncaq istehsalı müəssisəsi
Qobu oyuncaq istehsalı müəssisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda qazancımız olmasa da, çalışırıq ki, ziyanımız da olmasın. Bilirsiniz, pandemiyadır, bizim əsas satış mərkəzlərimiz olan ticarət mərkəzləri bağlıdır. Bu ticarət mərkəzlərinin yenidən açılışından sonra bizim işimiz daha da çiçəklənəcək" - Elnur Əhmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Bu gün əsas gəlir gətirən sahələrdən biri də uşaq oyuncaqlarının satışıdır. Uzun illər Azərbaycanda yerli istehsal olmadığından, bazar daha çox Çindən gətirilən keyfiyyətsiz mallarla dolurdu. Əsas problem isə malın keyfiyyətsiz olması ilə yanaşı həm də bahalı olması idi. Bu isə alıcıların, yəni valideynlərin daha çox xərcə düşməsi idi.

Təxminən iki aydır ki, Azərbaycan özünün oyuncaq tələbatını ödəmək üçün müəyyən addımlar atıb. Bu istiqamətdə xüsusən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən atılan addımları və sahibkar üçün yaradılan imkanları qeyd etmək lazımdır.

Mayın 28-də Qobuda açılışı olan "TutuToys" Uşaq Oyuncaqları istehsalı müəssisəsi də KOBİA-nın dəstəyi ilə yaradılıb. Sputnik Azərbaycan həm bərk, həm də yumşaq oyuncaqların istehsal olunduğu müəssisədə olaraq iş prosesi və mövcud vəziyyətlə tanış olub.

© Sputnik / Nigar IskanderovaQobu oyuncaq istehsalı müəssisəsi
Yerli oyuncaq istehsalçısı: Keyfiyyətdə də, qiymətdə də Çin malına rəqibdir - FOTOREPORTAJ - Sputnik Azərbaycan
Qobu oyuncaq istehsalı müəssisəsi

"TutuToys" uşaq oyuncaqları istehsalı müəssisəsinin rəhbəri və təsisçisi Elnur Əhmədov bizi müəssisənin fəaliyyəti ilə tanış edir: "Biz altı ay bu layihə üzərində işlədik və mayda ölkə başçısı "Qobu Park 3"-ün açılışında iştirak edərək müəssisəmizdə yaradılan şəraitlə tanış oldu. Artıq iyunun 1-dən fəaliyyətimizə start vermişik. Hazırda əsas fəaliyyət istiqamətlərimiz plastik və yumşaq oyuncaqların istehsalıdır. Buna paralel olaraq uşaqlar üçün tekstil məhsulları da istehsal edirik. Hələlik ki, gün ərzində 1000 ədəd yumşaq, 500 plastik oyuncaq istehsalını nəzərdə tutmuşuq. Hazırda 15 rəsmi qeydiyyatda olan işçimiz var və onların hamısı burada yaşayan məcburi köçkünlərdir. Bu müəssisə yaradılarkən də qarşımıza qoyulan əsas tələblərdən biri də bu oldu ki, müəssisədə çalışanların 80 faizi məcburi köçkün olmalı və onlar "Qobu Park 3" ərazisində yaşayan şəxslər olmalıdırlar. İşçi sayını 40-a çatdırmağı hədəfləmişik. Amma hazırda da gördüyünüz kimi pandemiya ilə əlaqədar olaraq bütün fəaliyyət sahələrində zəiflik gözə çarpır".

© Sputnik / Nigar Iskanderova"TutuToys" uşaq oyuncaqları istehsalı müəssisəsinin rəhbəri və təsisçisi Elnur Əhmədov
Yerli oyuncaq istehsalçısı: Keyfiyyətdə də, qiymətdə də Çin malına rəqibdir - FOTOREPORTAJ - Sputnik Azərbaycan
"TutuToys" uşaq oyuncaqları istehsalı müəssisəsinin rəhbəri və təsisçisi Elnur Əhmədov

Satışın yalnız yerli bazarda həyata keçirilməsi hədəflənib

Həmsöhbətimiz qiymətlərlə bağlı danışır və deyir ki, hazırda təyin olunan qiymətlər elədir ki, istehsal müəssisəsi Çindən gələn mallarla bazarda rəqabət apara bilər: "Həm qiymət baxımdan sərfəlidir, həm də keyfiyyət baxımdan bizim mallarımız daha təmiz və dözümlüdür. Məsələn, eyni ölçüdə olan ən keyfiyyətsiz Çin malının topdan qiyməti 15 manatdır. Bizim mallar həm sərfəli, həm də keyfiyyətlidir. Eyni ölçüdə 7-8 manata olan Çin malından fərqli olaraq bizim daha keyfiyyətli məhsulumuzun bazara çıxdığı topdan satış qiyməti 6 manat civarındadır".

İstehsalla tanış olaraq müəssisəni gəzdikcə öyrənirik ki, burada hazırlanan, yığılan plastik oyuncaqlar Polşadan gətirilir. Yəni, bura oyuncaqlar hissəcik şəklində gətirilir və burada yığılır. Materiala gəldikdə isə Çin malından fərqli olaraq daha sərt və dözümlü idi: "Zamanla işimizi təkmilləşdirdikcə istəyirik ki, özümüz bir sıra lazımi avadanlıqlar alaq. Onlardan biri də oyuncaqların hazırlanması üçün önəmli olan avadanlıq press-formadır, bu avadanlıq vasitəsilə material hazır qəliblərdən çıxarılır".

© Sputnik / Nigar Iskanderova
Qobu oyuncaq istehsalı müəssisəsi - Sputnik Azərbaycan
1/6
© Sputnik / Nigar Iskanderova
Qobu oyuncaq istehsalı müəssisəsi - Sputnik Azərbaycan
2/6
© Sputnik / Nigar Iskanderova
Qobu oyuncaq istehsalı müəssisəsi - Sputnik Azərbaycan
3/6
© Sputnik / Nigar Iskanderova
Qobu oyuncaq istehsalı müəssisəsi - Sputnik Azərbaycan
4/6
© Sputnik / Nigar Iskanderova
Qobu oyuncaq istehsalı müəssisəsi - Sputnik Azərbaycan
5/6
© Sputnik / Nigar Iskanderova
Qobu oyuncaq istehsalı müəssisəsi - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

Ərazisində olduğumuz müəssisədə ümumilikdə 20 min hazır plastik oyuncaq və bundan əlavə oyuncaq hissəcikləri var. Burada həmçinin ideyası Yaponiyadan gələn bir-birindən fərqli yumşaq oyuncaqları da görmək mümkündür.

23 ildir uşaq oyuncaqlarının satışı ilə məşğul olduğunu deyən həmsöhbətimiz bu işin təşkilinin bütün incəliklərini bilir: "Bu 23 ilin 15 ilini Çindən mal gətirmişəm. Bu ideyanı layihəni KOBİA-ya təqdim etdim, onlar tərəfindən layihəm araşdırıldı. Həqiqətən də buna kimi Azərbaycanda uşaq oyuncaqları istehsalı yox idi. Bu səbəbdən də layihəm dəstəkləndi və biz fəaliyyətimizə başladıq. Hazırda KOBİA tərəfindən yaradılan imkanlarla biz bankdan lazım olan vəsaiti əldə edə bilirik. KOBİA həmçinin sənədləşmə işlərində də bizə dəstək oldu. KOBİA ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında imzalanan memoranduma əsasən məcburi köçkünlərin işlə təmin olunması ilə əlaqədar olaraq bu obyekt icarəsiz olaraq bizə təqdim olunub. Bu da bizim işimiz üçün böyük dəstəkdir. Biz sadəcə olaraq işçiləri əmək haqqı ilə təmin edirik".

© Sputnik / Nigar IskanderovaQobu oyuncaq istehsalı müəssisəsi
Yerli oyuncaq istehsalçısı: Keyfiyyətdə də, qiymətdə də Çin malına rəqibdir - FOTOREPORTAJ - Sputnik Azərbaycan
Qobu oyuncaq istehsalı müəssisəsi

"Hazırda qazancımız olmasa da, çalışırıq ki, ziyanımız da olmasın. Bilirsiniz, pandemiyadır, bizim əsas satış mərkəzlərimiz olan ticarət mərkəzləri bağlıdır. Bu ticarət mərkəzlərinin yenidən açılışndan sonra bizim işimiz daha da çiçəklənəcək", - deyə həmsöhbətimiz əlavə edir.

O, ümumiyyətlə, hər ilin yayında uşaq oyuncaqları bazarında bir durğunluğun yaşandığını bildirir: "Lakin qış aylarında, xüsusən də yeni ildə satışımız neçə dəfə artır. Sevgililər Günü, Novruz bayramında da satışlarımız çox artır. Lakin oyuncaqlara tələbatın az olduğu vaxtda isə biz tekstil malların satışı ilə bu ziyanı kompensasiya etmiş oluruq. Ümumiyyətlə, bütün dünyada belədir. Çində bir neçə uşaq oyuncaqlar müəssisəsində olmuşam. Onlarda da eyni durumdur".

© Sputnik / Nigar IskanderovaQobu oyuncaq istehsalı müəssisəsi
Yerli oyuncaq istehsalçısı: Keyfiyyətdə də, qiymətdə də Çin malına rəqibdir - FOTOREPORTAJ - Sputnik Azərbaycan
Qobu oyuncaq istehsalı müəssisəsi

Buradakı tekstil malları üçün xammal Türkiyədən gətirilir

Maraqlıdır, müəssisə fəaliyyətə başladığı ay yarım ərzində nə qədər tullantı ərsəyə gətirib? Tullantıların həcmi ilə də tanış oluruq. Burada yaranan tullantıların həcmi təxminən 10 kilo civarında olar. Həmsöhbətimiz deyir ki, bacardıqları qədər bu tullantıları minimuma endiriblər: "İstifadə üçün uyğun olmayan tullantıları fabrikə verəcəyik, onlar fabrikdə didilərək pambıq şəklinə salınacaq".

İşçilərə gəldikdə isə həmsöhbətimiz deyir ki, çalışanların hamısı bu işdə təcrübəsizdir. Onlar həm burda təcrübə keçir, həm də maaş alırlar: "Biz 2-3 aylıq minimum əmək haqqı vəd vermişik. 2-3 aylıq təlim prosesindən sonra onların gördükləri bütün işlər qiymətləndiriləcək. Adambaşına düşən gündəlik məhsul istehsalı hesablanacaq və onlara aylıq məvacib veriləcək. Mənim hesablamalarıma görə, ayda 400-500 manatlıq iş görürlər".

© Sputnik / Nigar IskanderovaQobu oyuncaq istehsalı müəssisəsi
Yerli oyuncaq istehsalçısı: Keyfiyyətdə də, qiymətdə də Çin malına rəqibdir - FOTOREPORTAJ - Sputnik Azərbaycan
Qobu oyuncaq istehsalı müəssisəsi

Müəssisə rəhbəri gələcək planlarla bağlı danışaraq deyir ki, yeni avadanlıqların alınmasını hədəfləməklə yanaşı gələcəkdə bütün oyuncaqlar üzərində milli ornamenti, arxitektura abidələrinin təsvirlərini həkk edəcəklər. Bunu edəcək avadanlığı da almağı düşünürlər.

Əsas hədəf uşaq oyuncaqları bazarındakı boşluğu doldurmaq və bu sahədə sıçrayış etməkdir.

Xəbər lenti
0