12:45 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
23 0 0

İşsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər karantin günlərində təlimlərə cəlb edilmədən mal və materiallarını ala biləcəklər

BAKI, 28 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər karantin günlərində təlimlərə cəlb edilmədən mal və materiallarını ala biləcəklər. Bunu Sputnik Azərbaycan-a açıqlamasında agentliyin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

Onun sözlərinə görə, adətən özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər təlimlərdə iştirak etdikdən sonra onlara mal və materiallar verilirdi. Lakin hazırda pandemiya ilə əlaqədar tətbiq edilən karantinlə əlaqədar onların təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunması nəzərdə tutulur: "Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək. Təlimlərin karantin müddəti bitdikdən sonra onlayn qaydada keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlıq işləri görülür".

Əlaqədar

İş var: Altı ayda Azərbaycanda nə qədər adam işlə təmin edilib
Prezidentdən yeni nazirə tapşırıq: "Elə etməliyik ki, vətəndaşlar işlə təmin edilsinlər"
Əlli beş minə yaxın insan işlə təmin edilib
Türkiyədə işçiləri hələ bir il də işdən çıxara bilməyəcəklər
Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət etdi

Əsas mövzular