CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban bayramından gözlədiyimiz: yumşalma olacaq, ya yox?

© Sputnik / Irade JELILBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
"Builki bayram ötənilki bayramlara oxşamaya bilər, çünki koronavirus şəraitindəyik. Amma yeni reallığa uyğunlaşmalıyıq. Hər halda istəmirik ki, bayram əhval-ruhiyyəsi itsin" - Şahmar Mövsümov

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Qurban bayramına sayılı günlər qalıb. Bayram günləri - 31 iyul - 3 avqust sərt karantin günlərinə təsadüf etdiyindən bu günlərdə karantin rejiminin yumşaldılıb-yumşaldılmayacağı sual doğurur. Sputnik Azərbaycan Qurban bayramında karantin rejimində hansı dəyişikliyin olacağını araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, Qurban bayramında sərt karantin rejiminin yumşaldılması koronavirusa yoluxma sayını artıra bilər: "Hazırki karantin rejiminin bayram günlərində də davam etməsi daha məqbuldur. Çünki karantin rejimi yumşaldılarsa, bayram günlərində insanlar bir-birilərinə qurban paylamaq, təbrik etmək məqsədilə gedib-gələcəklər. Bu isə yoluxma hallarını, sözsüz ki, artıracaq".

Ağstafa şəhərində xüsusi rejimə nəzarət üçün qurulan polis postu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Karantinə heç cür öyrəşmirlər: Azalmaq əvəzinə, artıb

C.İsayev deyir ki, bayram günlərində sms icazənin ləğvinin tərəfdarı deyil: "SMS icazə insanları müəyyən qədər də olsa bir yerə toplaşmaqdan uzaqlaşdırır. Əgər biz sms icazəni ləğv etsək, yenidən hər kəs bir-birinə gedib-gələcək, ehtiyac olmasa da çölə-bayıra çıxacaqlar. Onsuz da son günlər koronavirusa yoluxma sayında artım var. Biz bayram günlərində yumşalmaya getməklə bu riski daha da artırmış olarıq".

Qurban bayramı günlərində qurbanlıq heyvanların da əsasən onlayn satışına üstünlük veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC -nin mətbuat katibi Mayis Musayev Sputnik Azərbaycan-a bildirib ki, Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq: "Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq COVİD-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. Satış yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır.

Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. Satışa çıxarılan qurbanlıq qoyunlar sahibkarlar tərəfindən Şimali Qafqaz regionundan gətirilib. Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasını nəzərə alsaq, onlayn sifariş vətəndaşların sağlamlığının qorunmasına və satış mərkəzlərində yarana biləcək sıxlığın qarşısının alınmasına xidmət edəcək.

Мужчина в защитной маске у витрины в Лондоне - Sputnik Azərbaycan
Yenidən bəlaya düşməyək: Sərtdən sonra yumşalma necə nəticə verəcək?

Qurbanlıqların kəsimi islami qaydalara uyğun həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə riayət olunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Həmçinin məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya dispenserləri quraşdırılacaq. Vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək. Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində  qeyd edilən satış mənqələrindən götürə biləcəklər".

Heç şübhəsiz ki, Qurban bayramında vətəndaşlar onlayn sifarişlə yanaşı, özləri də qurbanlıq heyvan seçmək üçün satış yerlərinə üz tuturlar. Bu ərəfədə kəsim məntəqələrində sıxlıq yaşanır.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qurban bayramında polis daha  gücləndirilmiş iş rejimində çalışacaq. Karantin tələblərininin pozulmaması üçün bütün heyvan satış və kəsim məntəqələrinə nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Qurban bayramı ilə əlaqədar ayrıca Tədbirlər Planı hazırlanır: "Builki bayram ötənilki bayramlara oxşamaya bilər, çünki koronavirus şəraitindəyik. Amma yeni reallığa uyğunlaşmalıyıq. Hər halda istəmirik ki, bayram əhval-ruhiyyəsi itsin", - o qeyd edib.

Xəbər lenti
0