CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağır xəstələrin sayı artır, süni nəfəs aparatına qoşulanların isə azalır

© AFP 2023 / PIERO CRUCIATTIПациент с COVİD-19
Пациент с COVİD-19 - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfər idi. 

BAKI, 27 iyul — Sputnik. Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı artıb.

Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Koronavirusun daha təhlükəli və aqressiv forması yayılmağa başlayıb

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 314 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 313 nəfər idi.

Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfər idi. 

Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.

Xəbər lenti
0