CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəhram Bağırzadə xəstəxananı belə tərk etdi – FOTO

© Photo : TRENDБахрам Багирзаде
Бахрам Багирзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxananın girişində onu ailə üzvləri və KİV nümayəndələri qarsalayıblar. Əməkdar artıst onu ağır xəstəlikdən sağaldanlara təşəkkür edib.

BAKI, 27 iyul – Sputnik. “Bəhram Bağırzadənin vəziyyəti stabildir. Xəstə aktivdir, şikayəti yoxdur. Bu gün Mərkəzi Gömrük Hospitalının həkimlərinin konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb”.

Bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib. Mərkəzi Gömrük Hospitalının kollektivi əməkdar artistə tezliklə tam sağalmağı arzulayıb.

Xatırladaq ki, Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan bu gün evə buraxılıb. Xəstəxananın girişində onu ailə üzvləri və KİV nümayəndələri qarsalayıblar. Əməkdar artıst onu ağır xəstəlikdən sağaldanlara təşəkkür edib.

© Photo : TRENDНа месте выписки
Bəhram Bağırzadə xəstəxananı belə tərk etdi – FOTO - Sputnik Azərbaycan
На месте выписки

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Xəbər lenti
0