CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sən vurmadın, mən yıxılmadım, günahkar kimdir?

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
"Əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Hər gün 5-6 motosikl, moped sürücüsü saxlanılır. Bu sürücülər dəbilqədən istifadə etmir, kobud qayda pozuntularına yol verirlər", - E.Muradlı

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Son zamanlar yollarda velosiped, moped, motosikl sürücülərinin sayı artıb. Onlar nəqliyyatın sıx olduğu yollarda, digər nəqliyyat vasitəçiləri üçün nəzərdə tutulmuş yollarda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkət edir, öz həyatları ilə yanaşı, digər nəqliyyat vasitələri sürücülərinin həyatını da təhlükə qarşısında qoyurlar.

Bu ilin əvvəlindən velosiped, moped və motosikl sürücülərinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinə nəzər salanda onların əksəriyyətinin ölümlə nəticələndiyinə şahid oluruq.

Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qayda pozanların əksəriyyəti sürücülük vəsiqəsi və nömrə tələb olunmayan moped və velosiped sürənlərdir.

Dövlət nömrə nişanlı motosiklet sürücüləri belə qayda pozuntuları etmirlər.

"Bakıda velosiped və motosiklet sürmək təhlükəlidir. Çünki Bakıda velosiped yolları, demək olar ki, yoxdur. Yalnız müəyyən parklarda belə yollar mövcuddur. Bu, parkda vaxt keçirmək üçün nəzərdə tutulub", - deyən ekspert bildirib ki, Bakı şəhəri üzrə infrastrukturda velosiped yolları nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, kiçik həcmli mühərriki olan mopedlərin sürülməsi də Bakı şəhərində böyük təhlükədir. Çünki digər nəqliyyat vasitələri sürücüləri Bakı küçələrində velosiped, moped sürülməsinə alışmayıblar. Bu səbəbdən də tez-tez velosipedçilərin, moped sürənlərin vurulması ilə bağlı qəzalar baş verir.

Qaydalar pozmaq üçündür? Hamının çöllərdə olduğu qəribə karantin davam edir>>

"Bəzən sürücülər də moped və velosiped sürənlərə maneə yaratmağa çalışır, onların həyatını təhlükəyə atırlar", - deyə o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycanda avtomobil yollarında moped və ya velosiped sürmək qadağan deyil. Vətəndaşlar qaydaları pozmamaq şərti ilə bu vasitələrdən də istifadə edə bilərlər.

"Nəqliyyatın sıxlığı müşahidə edilən yerlərdə moped və velosiped sürməkdən çəkinmək lazımdır. Bunlar əsas nəqliyyat vasitələrinin az olduğu yerlərdə idarə edilməlidir. Xüsusən də gecə saatlarında belə vasitələri idarə edən zaman diqqətli olmaq lazımdır, ümumiyyətlə idarə edilməsə, daha yaxşı olar", - deyə o bildirib.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər moped, motosikl, velosiped sürücülərini iştirakı ilə yol – nəqliyyat hadisələri baş verir.

"Pandemiya dövründə bir sıra sahələrdə iş dayandırıldığı üçün onlayn sifarişlə çatdırılma xidmətləri işə düşdü. Bəzi müəssisələr gəncləri, orta məktəb şagirdlərini işə götürərək, ucuz işçi qüvvəsindən istifadə etməyə başladılar. Bu fonda kobud qayda pozan sürücü kütləsi yarandı", - deyən ekspert vurğulayıb ki, təhlil aparılarsa, həmin sürücülərin 60 faizinin yol hərəkəti qaydalarından məlumatsız olduğu müəyyən edilər.

E.Muradlı bildirib ki, bəzi motosikl sürücüləri kameralara yaxalanmamaq üçün motosikllərin dövlət nömrə nişanlarını çıxarırlar.

Мужчина в офисе за рабочим столом - Sputnik Azərbaycan
YAZARLAR
Xidmət mədəniyyəti: Müştəri məmnuniyyətini anlamayanlar

"Əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Hər gün 5-6 motosikl, moped sürücüsü saxlanılır. Bu sürücülər dəbilqədən istifadə etmir, kobud qayda pozuntularına yol verirlər", - E.Muradlı deyib.

Onun sözlərinə görə, nə qədər acınacaqlı olsa da, hər gün moped, velosiped və motosikl sürücüləri tərəfindən qayda pozuntuları qeydə alınır və həftədə 2-3 ölüm baş verir.

E.Muradlı bildirib ki, bu sürücülərlə bağlı ciddi tədbirlər görülməlidir.

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, moped və velosiped sürücülərinin hərəkəri "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu" 46-cı maddəsi ilə tənzimlənir.

"Belə ki, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyni ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır", - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, velosiped və moped sürücülərinin bəzən qaydalara əməl etmədən hərəkəti çox zaman ağır qəzalarla nəticələnir.

Ekspert bildirir ki, qanuna görə, velosiped və moped sürücüləri sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etməməli, velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmamalı, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməməli, tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönməməli, sərnişin daşımamalı, nasaz, müəyyən olunmuş qaydada təchiz edilməyən velosipeddən istifadə etməməlidir.

Onun sözlərinə görə, velosiped və moped sürücüləri digər nəqliyyat vasitələrinə yol verməlidirlər.

Xəbər lenti
0