CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Növbəti dayanacaq bütün Azərbaycandır - İsmayıllı eksperimentinin hədəfləri

© Sputnik / Ilham AhmadovBiodayanacaq
Biodayanacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən bütün smart texnologiyaları istehsal edən zavodun İsmayıllıda tikilməsi, məhsulların bütün ölkəyə yayılması da gələcək üçün planlaşdırılır.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 26 iyul - Sputnik. Azәrbaycanda ilk dəfə İsmayıllı şəhərinə 1 ədəd smart tipli Günəş və külək enerjisi ilə işləyən elektrik avtobus gətiriləcək.

Bu barədə bizə İsmayıllı rayon İcra Hakimiyyətinin informasiya sektorunun əməkdaşı Səid Hüseynov məlumat verib.

"Yeni gətiriləcək nəqliyyat vasitəsi 2 bio smart dayanacaq arasında xidmət edəcək. Hazırda İsmayıllı şəhərinin mərkəzindəki parkın yaxınlığında bu tip 1 dayanacaq quraşdırılıb, 2-cinin gətirilməsi nəzərdə tutulur. Dayanacaq Günәş enerjisi ilә işlәyir, ödənişsiz Wi-fi, USB enerji portları, tәhlükәsizlik kameraları, dezinfeksiya duşu vә sensorlu dispenseri, müxtəlif içki vә şirniyyatlardan ibarət satış aparatı, hәmçinin 8 oturacaqla təchiz edilib. Dayanacaqlar gecə avtomatik işıqlanır. Həmçinin, 2 smart oturacaq gətirilib ki, onlar da Günəş enerjisi ilə işləyir, WiFi ilə təchiz olunub. 11 ədəd işıq dirəyi də quraşdırılır. Dezinfeksiya funksiyalı bio oturacaqların da gətiriləcəyi gözlənilir" - deyə o bildirib.

Rayon İcra Hakimiyyətinin əməkdaşı onu da bildirdi ki, rayonun magistral avtomobil yolları üçün nəzərdə tutulan 10 metrdən yüksək işıq dirəkləri isə həm Günəş, həm də külək enerjisi ilə işləyəcək. Dayanacaqlar isə sərnişinləri şüşə örtüklə tozdan qoruyacaq. Rayon xəstəxanasının iç və çöl hissələrindә piyadalar üçün dezinfeksiya funksiyalı bio smart keçidlər də təşkil edilib.

© Sputnik / Ilham AhmadovBiodayanacaq
Növbəti dayanacaq bütün Azərbaycandır - İsmayıllı eksperimentinin hədəfləri - Sputnik Azərbaycan
Biodayanacaq

Sözügedən bütün smart texnologiyaları istehsal edən zavodun İsmayıllıda tikilməsi, məhsulların bütün ölkəyə yayılması da gələcək üçün planlaşdırılır.

Xəbər lenti
0