CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günahkar idarəçilikdəki nöqsanlardır: İtkinin qarşısı alınsa, Bakıda su bolluğu yaranar

© Depositphotos.com / SimplyДевушка пьет холодную воду из питьевого фонтанчика
Девушка пьет холодную воду из питьевого фонтанчика - Sputnik Azərbaycan
Abunə olmaq
“Bizim su anbarlarımız lazımınca işləmir və anbarlara su ehtiyatı yığılmır. Bu məsələyə mütəxəssislər cəlb edilməlidir” - Professor Fərzəli Həsənov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. "Şahin Mustafayev məruzə edib ki, bu günə qədər Azərbaycanda su balansı tutulmayıb. Bu da dözülməz haldır. Əgər balansı müəyyən edə bilməsək, sudan necə istifadə edəcəyik?"

Водные резервуары, установленные в Нефтчале - Sputnik Azərbaycan
Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O qeyd edib ki, hər il enerji balansı təsdiq edildiyi kimi burada da vəziyyət ona oxşar olmalıdır.

Professor Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2000-ci ilə qədər su balansının hazırlanması barədə məlumatlar var. Amma aradan uzun müddət keçib. İqlim dəyişiklikləri baş verib: "Azərbaycanın su balansının tutulmaması barədə məlumatla razılaşmıram. Müstəqillik dövründə bizim ölkə rəhbərliyimizin su ehtiyatı yaratmaq siyasəti olub. Bizim sovetlər dövründən 3 böyük su anbarımızın tikintisi yarımçıq qalmışdı. Bu işlər başa çatdırıldı. Taxtakörpü və Şəmkirçay su anbarlar tikilib. Bu obyektlərin tikintisi çox vəsait tələb edir".

Ekspert bildirir ki, Azərbaycanda su qıtlığının olacağı barədə fikirlər yanlışdır. Belə ki, Azərbaycanın su anbarlarında lazımi qədər – 22 kub kilometr su ehtiyatı var. Ən böyük problem isə bu su ehtiyatının suvarmaya sərf edilməsidir. Suvarmada istifadə edilən su sahələrdə itkiyə gedir.

"Su təchizatı sistemində bəzən borular deşilir. Su on günlərlə boş yerə axır. Bu da su itkisidir. Bu itkinin qarşısı alınsa Bakıda su bolluğu olar", – deyə o vurğulayıb.

F.Həsənovun sözlərinə görə, su kanalları 70-ci illərdə tikilib. Meliorasiya sisteminin istismar müddəti isə ən yaxşı halda 30 ildir. Hazırkı su kanalları sisteminin istismar müddəti keçib. Bu sistemi yeniləmək üçün isə böyük vəsait tələb olunur. Əlimizdəki sudan səmərəli etmək üçün bu istiqamətdə düşünmək lazımdır: "Su anbarlarının işləmə vəziyyətini öyrənmişəm. Bizim su anbarlarımız lazımınca işləmir və anbarlara su ehtiyatı yığılmır. Bu məsələyə mütəxəssislər cəlb edilməlidir. Su yaz fəslində doldurulur. 1954-cü ildən bu günə qədər Mingəçevir su anbarı cəmi 9 dəfə doldurulub. Cavabsız suallar var. Niyə anbar cəmi 9 il doldurulub? Kimdir cavabdeh? Bəs digər illərdə anbar niyə doldurulmayıb?"

Ekspertin fikrincə, ölkədə su anbarlarının idarəçiliyində müəyyən nöqsanlar var.

Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Su qədər ömrün olsun: Tağıyevin əməllərini indi elə savabla yaşadırlar - FOTO

O hesab edir ki, Azərbaycanın ən böyük problemi mövcud su ehtiyatından səmərəli şəkildə istifadə edilməməsidir: "Bu gün dünyanın heç bir ölkəsində dədə-baba üsulu ilə suvarma aparılmır. Suvarma borular və ya damcı üsulu ilə həyata keçirilir. Azərbaycanda isə hələ də açıq suvarma aparılır".

Mütəxəssis iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunub. O deyib ki, hazırda dünyada iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq müşahidə edilir: "Bəzi mütəxəssislər iddia edirlər ki, Kürün səviyyəsi 25 faiz enib. Bu doğru məlumat deyil. Son 15 ildə müşahidələrə görə, Kürün səviyyəsi 15 faiz azalıb. Bunun müxtəlif səbəbləri var. İllər fərqli olur. Yağıntılarla bağlı quraqlıq və normal ola bilər".

İddialara görə, il ərzində su istifadəsi 14 kilometr kubdur. Ekspert bu iddialarla da razılaşmır. Onun fikrincə, il ərzində su istehlakı 8-12 kilometr kubdur.

Xatırladaq ki, bir müddət əvvəl Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov bildirmişdi ki, transsərhəd çaylarından istifadə üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayan və öhdəlik daşımayan qonşu Gürcüstan ərazisindən gələn Kür çayının suyu 25 faiz azalıb. Bundan əlavə, Azərbaycan ərazisində yağıntının və buzlaq sularının səviyyəsinin 2 dəfə aşağı düşməsi çayların suyunun azalmasına səbəb olub.

Xəbər lenti
0