CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu, vəziyyəti ağırdır

© AFP 2023 / RONALDO SCHEMIDTТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva jurnalistin süni tənəffüs cihazına qoşulduğunu və vəziyyətinin ağır olduğunu təsdiqləyib

BAKI, 22 iyul – Sputnik. Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşı Əmrah Fəqanoğlu koronavirusa yoluxub, hazırda vəziyyətinin ağır olduğu bildirilir. Jurnalist süni tənəffüs aparatına qoşulub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva jurnalistin süni tənəffüs cihazına qoşulduğunu və vəziyyətinin ağır olduğunu təsdiqləyib: "Hazırda intensiv terapiya şöbəsində onun müalicəsi davam etdirilir. Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".

Xəbər lenti
0