05:44 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
7 0 0

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. 

BAKI, 22 iyul – Sputnik. Bakıda və Abşeron yarımadasında 23 iyulda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 758  mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. 
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 20-24, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-22 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 23-də Abşeron yarımadasında sakit hava şəraiti və  iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əsas mövzular