CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müqəddəs torpaqdan Qəbələyə kimi – Qoxusu bihuş edir, görünüşü göz oxşayır

© AFP 2023 / BEN STANSALLLavanda tarlasında qız, arxiv şəkli
Lavanda tarlasında qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Misirdə mumiyaların balzamlanmasında istifadə edilən maddənin əsas komponentlərindən biri də lavanda olub. Ötən əsrin 20-ci illərində Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılıb.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Qəbələdə ilk dəfə olaraq lavanda çiçəyi yetişdirilib. Bolqarıstandan gətirilərək dəmyə torpaqlarda becərilən lavandanın artıq yığımına başlanılıb.

© Sputnik / Ilham AhmadovQəbələdə lavanda yığımı
Müqəddəs torpaqdan Qəbələyə kimi – Qoxusu bihuş edir, görünüşü göz oxşayır - Sputnik Azərbaycan
Qəbələdə lavanda yığımı

Antiseptik təsirə malik bu bitki kosmetika və tibdə geniş istifadə olunduğundan ixrac imkanları çox yüksəkdir. Qəbələnin Çuxur Qəbələ kəndində 10 hektar ərazidə əkilən lavanda məhsuldarlığı ilə yanaşı, həm də görünüşü ilə kəndə gələn qonaqların diqqətini çəkir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstəklənən təsərrüfatda bir neçə gündür könüllülərin də iştirakı ilə yığım aparılır. Gələcəkdə lavanda sahəsi daha 20 hektar artırılaraq 30 hektara çatdırılacaq. İstehsal olunan lavanda çiçəyindən isə aromatik lavanda yağı hazırlanacaq.

© Sputnik / Ilham AhmadovQəbələdə lavanda yığımı
Müqəddəs torpaqdan Qəbələyə kimi – Qoxusu bihuş edir, görünüşü göz oxşayır - Sputnik Azərbaycan
Qəbələdə lavanda yığımı

Təsərrüfat rəhbəri Samir Nağıyev ilkin olaraq toplanan lavanda çiçəklərdən aromatik yağın istehsal olunmasının nəzərdə tutulduğunu söyləyib: “Layihə çərçivəsində lavanda sahəsinin 30 hektara çatdırmağı düşünürük. Bundan sonra biz burada məhsulların hazırlanmasını da planlaşdırırıq. Lavanda çiçəyi ilə yanaşı, arıçılıq təsərrüfatını da inkişaf etdirməyi nəzərdə tutmuşuq. Lavandanın yığılmasında könüllülərlə yanaşı, gündəlik 40-50 nəfər kənd sakini də iştirak edir. Artıq 5 hektar sahədə 20 tona yaxın məhsul tədarük edilib. Ümumilikdə, sahələrdən 50 tondan çox lavanda gülü yığılacağını gözləyirik”.

Xatırladaq ki, vaxtilə lavanda bitkisi ticarət, mədəni və dini əhəmiyyət daşıyıb. Qədim misirlilər onu müqəddəs Fiva bağlarında yetişdiriblər. Misirdə mumiyaların balzamlanmasında istifadə edilən maddənin əsas komponentlərindən biri də lavanda olub. Ötən əsrin 20-ci illərində Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılıb. Buradan görünür ki, lavanda min illər boyu öz ətrini saxlaya bilir.

© Sputnik / Ilham AhmadovQəbələdə lavanda yığımı
Müqəddəs torpaqdan Qəbələyə kimi – Qoxusu bihuş edir, görünüşü göz oxşayır - Sputnik Azərbaycan
Qəbələdə lavanda yığımı

Bundan əlavə, revmatizm xəstəliyinin, taxikardiya və miqren tutmaları zamanı lavanda yağı spirtdə həll olunaraq qəbul edilir. Lavanda qrip xəstəliyi zamanı müsbət təsir göstərir, oyanıqlığı azaldır, yuxusuzluğun, isterik reaksiyaların qarşısını alır, dəriyə müsbət təsir göstərir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, iltihab əleyhinə təsirinə görə sistit, uretrit və vaginitlərin müalicəsində istifadə edilir, şlakları orqanizmdən xaric edir.

Xəbər lenti
0