15:19 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
555703

"Biz əmin olsaq ki, biz təhlükəsiz formada mümkün olacaq, avqustun 5-dən sonra bu məsələlərə baxıla bilər".

BAKI, 20 iyul — Sputnik. "Çox təəssüf ki, biz çimərliklərin açılmasına hələ hazır deyilik". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov söyləyib.

O, bildirib ki, çimərliklərin fəaliyyəti ilə bağlı üç risk faktoru var: "İlk risk çimərliklərdə məsafənin saxlanılması ilə bağlıdır. Çimərliklərdə sosial məsafənin saxlanılması çətindir. İkinci risk odur ki, çimərliklərə gedənlər ümumi yerdən çörək və su alırlar. 3-cü risk ondan ibarətdir ki, çimərliklərə  müxtəlif rayonlardan insanlar gəlirlər. Bu da virusun bütün rayonlarında yayılmaya səbəb olur. Biz əmin olsaq ki, biz təhlükəsiz formada mümkün olacaq, avqustun 5-dən sonra bu məsələlərə baxıla bilər".

Ş.Mövsümov bildirib ki, rayonlara gediş-gəlişin bərpası da hələlik mümkün deyil. O, bildirib ki, rayonlarda virusa yoluxmalar müəyyən ərəfədə qanunları pozaraq insanların rayonlara axışdığı vaxt baş verib: "Bu, mülahizə deyil, reallıqdır. Həmin vaxt rayonlarda yoluxma sayı çox kəskin artdı. Bu gün Bakıdan rayonlara getmək hər birimizin arzusudur. Mənim də ailəm var, onlar da bu sualı mənə verirlər. Amma hazırda rayonlara gediş-gəlişin bərpası yayılma arealını genişləndirə bilər. Çünki insanlar rayona gedib evdə oturmurlar. Mağazaya gedir, alış-veriş edir. Bu da virusun rayonlarda yayılmasına səbəb olur".

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əsas mövzular