CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtinizi ayağınıza bağlayın! – Lövhə asıldı, qadağa var

© Sputnik / Murad OrujovЖаркая погода в Баку, фото из архива
Жаркая погода в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlardan xahiş olunur ki, parklarda istirahət edərkən qazon örtüyü ilə ehtiyatlı davransınlar, örtüyün məhv edilməsinə imkan verməsinlər

BAKI, 20 iyul — Sputnik. Bakıda parklarda qazon örtüyünün mühafizəsi ilə bağlı təlimat lövhələri quraşdırılıb.

Мужчина с собакой в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sərt karantin günlərində it gəzdirmək istəyənlərə xəbərdarlıq

Bu barədə Sputnik Azərbaycan-a Bakı Abadlıq Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, təlimatlarda əsasən parklarda it gəzdirən vətəndaşlara müraciət olunub: “Lövhələrdə qeyd edilib ki, itlərin qazon örtüyünün üzərində gəzməsi qadağandır. Bununla yanaşı, həmçinin vətəndaşlardan xahiş olunur ki, parklarda istirahət edərkən qazon örtüyü ilə ehtiyatlı davransınlar, örtüyün məhv edilməsinə imkan verməsinlər. Əsasən, parklarda uşaq əyləncə qurğuları olan yerlərdə qazon örtükləri tez sıradan çıxır. Bununla bağlı cərimə tətbiq etmək səlahiyyətimiz yoxdur. Ona görə də yalnız vətəndaşları ehtiyatlı olmağa çağırırıq. Bundan başqa, qazonların mühafizəsi üçün gecə saatlarında əraziyə aqrotexniki qaydada qulluq olunur. Buna baxmayaraq, parklarda uşaqların oynadığı və vətəndaşların piknik təşkil etdikləri ərazilərdəki qazonlar tez sıradan çıxır. Nəticədə hər il həmin ərazilərdəki qazon örtüyü məcburiyyətdən dəyişdirilir”.

Xidmətdən bildirilir ki, parklara döşənən qazon örtükləri yerli istehsaldır: “Əsasən Xəzər rayonu, Binə qəsəbəsində, Sabunçu rayonunun Nardaran qəsəbəsində və Binəqədi rayonunun Novxanı qəsəbəsində yetişdirilir. Amma qazonun toxumu xaricdən gətirilir. Bu il parklarda təxminən 10-20 min kvadratmetr ərazidə qazon örtüyü yenilənib. Parklarda qazon örtüyü sıradan çıxdıqca ərazidəki vəziyyət qiymətləndirilir və qazon örtüyünün dəyişdirilməsinə qərar verilir”.

Xəbər lenti
0