CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 1 saat azadlıq! SMS-lə icazə müddəti artırılıb

© Sputnik / Murad OrujovСообщение в службу 8103
Сообщение в службу 8103 - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gündən etibarən SMS icazələrin müddəti daha bir saat artırılaraq 3 saata çatdırılıb. İcazə gündə 1 dəfə verilir

BAKI, 20 iyul — Sputnik. Bu gündən etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Девушка в защитной маске на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaydalar pozmaq üçündür? Hamının çöllərdə olduğu qəribə karantin davam edir

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 17-də qərar verib. İcazələrin məqsədinə dair 2 kod təyin edilib:

1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə 3 saat müddətinə gündə 1 dəfə verilir.

Xəbər lenti
0