CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 497 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib

© Photo : The State Customs Committee of ARТест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива
Тест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib

BAKI, 18 iyul — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8 334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb.

Xəbər lenti
0