05:53 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12 0 0

Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib ki, bu gündən başlayaraq tənəffüsün fizioloji yolla, yəni burun və ağızdan alınması yoxlanılacaq

BAKI, 18 iyul — Sputnik. “Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Səhhəti sabitdir və xəstə bir neçə gündür spontan tənəffüsdədir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, bu gündən başlayaraq tənəffüsün fizioloji yolla, yəni burun və ağızdan alınması yoxlanılacaq: “Bir neçə dəfə yoxlamalar aparıldıqdan sonra süni tənəffüs aparatını çıxarmaq mümkün olacaq. Xəstə üzərində fizioterapektiv müalicə aparılır. O aktivdir, hətta ayağa qalxır. Bu gün səhər ailə üzvləri ilə telefonla danışıb”. 

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. İyulun 2-də ECMO-dan ayrılıb.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Əsas mövzular