CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsl yay havası davam edir – Çox isti olacaq

© Sputnik / Murad OrujovОткрытие пляжного сезона в Баку, фото из архива
Открытие пляжного сезона в Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda  gecə 23-25, gündüz  35-37 dərəcə isti olacaq.

BAKI, 18 iyul — Sputnik. Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 19 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.

Работа в жаре, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qızmar günəş və isti hava – Fəsadlar böyük olsa da, qanuna məhəl qoymayanlar var

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda  gecə 23-25, gündüz  35-37 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.  

Azərbaycanın bəzi rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. 

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz  23-28 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişsizdir.

Xəbər lenti
0