CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən gözəl qızları və müğənniləri könüllü olaraq orduya yazıldılar

© Photo : Ramin AslanovТеграни Бахрузи, фото из архива
Теграни Бахрузи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı məşhurlar - müğənnilər, aktyorlar, modellər - səfərbərlik elan olunacağı təqdirdə orduda xidmət etmək üçün öz rayonlarının hərbi komissarlıqlarına müraciət ediblər.

BAKI, 18 iyul — Sputnik, Kəmalə Əliyeva. Bir çox azərbaycanlı ulduzlar könüllü olaraq hərbi xidmət keçmək üçün adlarını yazdırıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə onlar sosial şəbəkədə xəbər veriblər.

Onlardan bəziləri öz rayonlarının hərbi komissarlığına müraciət edib, digərləri isə Müdafiə Nazirliyinin rəsmi saytında müvafiq elektron qeydiyyatdan keçiblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Faiq Ağayev (@faiqagayev)

Könüllü orduya getmək istəyənlər arasında Azərbaycanın Xalq artisti Faiq Ağayev, aktyor İlqar Musayev, şair Şəhriyar Del Gerani (Hacızadə), reper Qurd (Fərid Eminov), model Samirə Əliyeva, II Vice Mrs. Top of the World-2015 titulunun sahibi Tehranə Bəhruzi və digərləri var.

Milli orduya yazılmaq istəyən vətənpərvərlərin sayı günü-gündən artır.

© Photo : Facebook / Lyusi BtaTehranə Bəhruzinin paylaşımının skrinşotu
Azərbaycanın ən gözəl qızları və müğənniləri könüllü olaraq orduya yazıldılar - Sputnik Azərbaycan
Tehranə Bəhruzinin paylaşımının skrinşotu

Könüllülər orduya səfərbərlik elan olunanda çağırılmalıdırlar, həm də yalnız ordumuzun əlavə canlı qüvvəyə ehtiyacı yarandığı halda.

Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, iyulun 13-dən 17-dək idarəyə bu məsələ ilə bağlı yeddi minə yaxın müraciət daxil olub. Müdafiə Nazirliyi belə bir istəyi alqışlayır və Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirdiyinə və dəstəyə görə hamıya təşəkkür edir.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenilənmiş məlumatlar açıqlanıb: könüllü olaraq 8500 minə yaxın vətəndaş müraciət edib.

Xəbər lenti
0