CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümidləri bir Allaha qalıb, bir də... “Evə gedirəm” deyənlər imdad diləyir

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПассажиры у стойки регистрации в аэропорту, фото из архива
Пассажиры у стойки регистрации в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xaricdə ilişib qalan insanlarımızın bəzilərinin vəziyyəti son dərəcə pisdir. Maddi durumları tükənib, işləmək imkanları da yoxdur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Koronavirus pandemiyası başlayandan bir müddət sonra Azərbaycanın öz sərhədlərini bağlaması xeyli sayda vətəndaşımızın xarici ölkələrdə qalması ilə nəticələndi. 

Həkim. Stetoskop - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yevlax xəstəxanasının vəzifəli şəxsləri karantin qaydalarını qəribə üsulla pozub
Pandemiya dövründə yaradılan "Evə gedirəm" portalı vasitəsilə müraciət edən vətəndaşlarımızın bir qismi çarter reyslərlə ölkəmizə qayıda bilsə də, hələ də Azərbaycanla sərhəddə gözləyən, müxtəlif ölkələrdə qalan xeyli sayda vətəndaşımız var. Onların arasında tələbələr də az deyil.

"Evə gedirəm” portalının fəaliyyəti dayandırıldıqdan sonra xarici ölkələrdə qalan Azərbaycan vətəndaşları çarəsiz duruma düşüblər. Onlardan ikisi də Rusiyanın Stavropol vilayətində təhsil alan azərbaycanlı tələbələrdir. Roman Əhmədovla Nihad Qafurov da hazırda Stavropolda yataqxanada qalırlar. Onlar Sputnik Azərbaycan-a açıqlamalarında çox çarəsiz duruma düşdüklərini söyləyiblər.

Tələbələr deyir ki, onlar həmişə Azərbaycana quru yolla avtobusla gəlib-gediblər. Hazırki durumda isə onların Azərbaycana qayıtmağa maddi durumları imkan vermir. Atasını vaxtsız itirən Nihad anasının himayəsində yaşadığını, Roman Əhmədov isə xarici pasportunun vaxtının iyulun 20-də bitəcəyini söyləyir. Onların sözlərinə görə, əvvəllər Mineralnıye Vodıdan Azərbaycana birbaşa reyslər olsa da, hazırda qismən sərfəli olan reyslər də dayandırılıb. Gənclər çıxış yolunu Azərbaycanla sərhədə qədər gəlməkdə, sərhəddə gecələməkdə gördüklərini söyləyirlər: "Bizim başqa çıxış yolumuz yoxdur. Burada qalmağa maddi durumumuz və ailə vəziyyətimiz imkan vermir. Biz ailəmizin yanına dönməliyik. workinggroup@mfa.gov.az veb səhifəsinə də ölkəmizə qayıtmaq üçün müraciət etmişik. Amma bizimlə maraqlanan yoxdur".

Gənclər bildirir ki, pandemiya dövründə ailələri onlara yataqxana və dolanışıq üçün pul göndərməkdə çətinlik çəkir. Təhsil aldıqları yerdə isə xarici vətəndaşların iş icazəsi olmadığı halda işləməsinə icazə verilmir.

Qeyd edək ki, bu, təkcə Roman və Nihadın problemi deyil. Bu gün xeyli sayda tələbə dünyanın ən müxtəlif ölkələrində ilişib qalaraq, Azərbaycana gələ bilmir.

Bakı mənzərəsi  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı və ölkə üzrə koronavirusa ən çox yoluxma rayonları açıqlandı

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov hazırda xarici ölkələrdə xeyli sayda vətəndaşımızın Azərbaycana qayıtmaq üçün gözlədiyini söyləyir. A.Allahverənov deyir ki, onların arasında tələbələr də var. Ekspert pandemiya ilə bağlı yaranmış durumun sərhədlərin bağlanmasına gətirib çıxardığını, problemdən çıxış yolunun elə də asan olmadığını bildirir: "Azərbaycan dövləti xeyli sayda vətəndaşımızı çarter reyslər təşkil etməklə ölkəmizə gətirdi. Amma bu proses dayandırılmamaldır. Xüsusilə bizim xaricdə təhsil alan tələbələrin, həssas təbəqədən olanların evlərinə gətirilməsi işi aparılmalıdır. Hətta bu gün onları gətirmək mümkün deyilsə, xarici ölkələrimizdəki səfirliklərimiz onlarla maraqlanmalıdır, əlaqə qurmalıdır".

A.Allahverənov deyir ki, belə situasiyada diaspor təşkilatları da öz köməyini əsirgəməməlidir. Onlar xaricdəki vətəndaşlarımızla əlaqə qurmalı, onların qalması üçün yer təşkil etməyə, gündəlik qidalanmasına öz köməklərini göstərməlidirlər. O vaxta qədər ki, həmin vətəndaşlarımız ölkəmizə qayıtsın. Hətta imkan varsa, o şəxslərin biletlərinin alınmasına da dəstək olmaq lazımdır".

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə qalan vətəndaşlarımızla bağlı həmin ölkələrdəki Azərbaycan Evləri, diaspor təşkilatları çox sıx əlaqə qurur, əllərindən gələn köməkliyi göstərirlər: "25 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb. Pandemiya dövründəki bu Şuraların hər biri, Dövlət Komitəsinin müraciətindən sonra fasiləsiz və gücləndirilmiş iş rejiminə keçib, müvafiq qərargah və qaynar xətt yaradıb. Pandemiya dövründə Dövlət Komitəsinə 51 ölkədən daxil olmuş 8 mindən çox müraciətdən 33 ölkə üzrə 6.857 nəfərə maddi yardımlar edilib".

V.Vahidqızı həmçinin imkan daxilində həssas təbəqədən olan vətəndaşlarımıza biletlərin alınmasında da diaspor təşkilatlarının dəstək göstərdiyini, məsələnin  Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun diqqətində olduğunu söyləyib.

Məlumat üçün qeyd edək ki, Mingəçevirli tələbə qardaşların – Tariyel və Tamerlan Salmanlı qardaşlarının da probleminin həllində Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri, keçmiş deputat Fuad Muradov şəxsən iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ilk olaraq "Evə gedirəm" portalında qeydiyyatdan keçənlər qeydiyyat növbəsinə uyğun çarter reysləri ilə ölkəmizə gətirilir: “Səfirliklərə, nazirliyə müraciət edən hər bir vətəndaşın müraciəti qeydə alınır".

Kubadan gələn tibb işçiləri - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bizi onlar xilas edəcək! Kubalı həkimləri koronavirusla mübarizə üçün Bakıya gəldilər

Qeyd edək ki, https://www.evegedirem.info/az portalında indiyədək Rusiyadan 500 nəfərin qeydiyyatdan keçdiyi, onlardan 25-nin evə qayıtmaqdan imtina etdiyi barədə məlumat qeyd olunub. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, pandemiya başlayandan bu günə qədər dövlət başçımızın tapşırığına əsasən, xaricdə olan 20 mindən artıq Azərbaycan vətəndaşı hava nəqliyyatı vasitəsilə ölkəmizə gətirilib. O, qeyd edib ki, proses davam etməkdədir. 

H.Hacıyev bildirib ki, Azərbaycanla bir sıra ölkələr arasında xüsusi çarter reysləri fəaliyyət göstərir: “Həftədə dörd dəfə “Azərbaycan Hava Yolları”nın və “Türk Hava Yolları”nın Bakı-İstanbul-Bakı istiqamətində reysləri təşkil olunur. Burada olan vətəndaşlarımızın, xüsusən də Türkiyədə olan tələbələrimizin ölkəmizə qayıtması təmin olunur. İstanbul şəhəri böyük tranzit məntəqəsidir ki, digər ölkələrdə olan vətəndaşlarımız İstanbula gələrək, oradan Azərbaycana qayıda bilirlər”.

Xəbər lenti
0