20:13 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1310

Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib

BAKI, 13 iyul — Sputnik. Milli Televiziya və Radio Şurası (MTRŞ) bəyanat yayıb. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, teleradio yayımçıları öz proqramlarında dəyişiklik ediblər:

"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun dörd hərbçisi şəhid olub, bir neçə hərbçisi isə yaralanıb. Həyata keçirilən tədbirlər ilə düşmənə layiqli cavab verilib.

Ölkəmizdə fəaliyyət göstərən teleradio yayımçılarının əksəriyyəti bu hadisə və onun nəticəsində hərbçilərimizin şəhid olması ilə bağlı öz proqramlarında dərhal dəyişiklik edib, yayımdan musiqili və əyləncəli verilişləri çıxarıblar. Pandemiya şəraitində yayımçıların əməkdaşlarının tam olaraq işə cəlb olunmamasını və texniki aspektləri nəzərə alaraq, bəzi kanallarda bu proses növbəti gün həyata keçirilib.

Milli Televiziya və Radio Şurası olaraq, yayımçıların bu prosesə həssas reaksiyasını dəstəkləyir və onlara bir daha belə günlərdə daha operativ davranmağı tövsiyə edirik.

Allahdan Azərbaycan Ordusuna zəfər, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!".

Əsas mövzular