CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cərimələr qatlanır? Yeni səlahiyyət sürücüləri çaş-baş salıb

© AFP 2023 / PATRIK STOLLARZЗнак Парковка запрещена
Знак Парковка запрещена - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə başçısının yeni fərmanı qanunsuz olaraq fəaliyyət göstərən "parkovşik"lərin də bazarını öldürəcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, fərmanla Daxili İşlər Nazirliyinin səlahiyyətləri artırılıb.

Belə ki, 4.52-ci bənddə "yaratdığı hallara" sözlərindən sonra "münasibətdə Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi" sözləri əlavə edilib.

Автозаправочная станция SOCAR, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sürücülərin sevinci iki ay çəkmədi

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Quliyevin sözlərinə görə, əvvəllər Bakı şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş (Dayanma-durma qaydalarının pozulması) inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə) nəzərdə tutulmuş hallara münasibətdə Bakı Nəqliyyat Agentliyi nəzarət edir.

Artıq Daxili İşlər Nazirliyi də Bakı şəhərinin ərazisində dayanma-durma qaydaların pozulmasına nəzarət edəcək.

Yəni sürücü avtomobili qadağan edilmiş yerlərdə saxladığı zaman BNA və DYP sürücünün avtomobilini cərimə meydançasına apara bilər.

Ekspert vurğulayıb ki, 2018-ci ildə ölkə başçısının müvafiq fərmanı ilə Bakı şəhərində dayanma-durma qaydalarının və parklanma qaydalarının pozulmasına nəzarət və qaydaları pozmuş sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə verilib.

Prezidentin növbəti fərmanı ilə Dövlət Yol Poliinə də səlahiyyət verilib.

Bundan sonra hansı qurum qayda pozuntusunu aşkr etsə, sürücünü də həmin qurum məsuliyyətə cəlb edəcək.

"İki qurum eyni zamanda sürücünü eyni inzibati xətaya görə məsuliyyətə cəlb edə bilməz. Məsələn, sürücü qadağan edilmiş ərazidə avtomobilini park edibsə və hər iki qurumun əməkdaşları ərazidədirlərsə, bütün səlahiyyətlər BNA-da olduğuna görə sürücünü inzibati məsuliyyətə BNA cəlb edə bilər", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, DYP-yə yeni səlahiyyətin verilməsi o deməkdir ki, daha sürücülər qadağan edilmiş heç bir yerdə avtomobil park edə bilməyəcəklər.

Çünki qadağan edilmiş ərazidə park edilməyə görə mütləq inzibati məsuliyyət olacaq.

Сотрудник дорожной полиции проверяет разрешение водителя для выходы на улицу - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİN prosesə qoşulur: Dayanma-durmaya görə cərimə yazacaq

"Polis görməsə - BNA, BNA görməsə - polis sürücünü inzibati məsuliyyətə cəlb edəcək. DYP əməkdaşlarının bütün ərazilərdə güclü şəkildə fəaliyyət göstərdiyini nəzərə alsaq, daha heç kim qadağan edilmiş ərazilərdə avtomobil saxlaya bilməyəcək", - deyə ekspert bildirib.

O əlavə edib ki, ölkə başçısının yeni fərmanı qanunsuz olaraq fəaliyyət göstərən "parkovşiklərin" də bazarını öldürəcək. Çünki ərazi dayanma-durma üçün qadağan edilibsə, daha orada sürücü "parkovşikə" 1 manat verib saxlaya bilməcəyək. Saxlasa belə, cərimə eidldiyi üçün bir də saxlamayacaq.

Xatırladaq ki, bu gün də paytaxtın bəzi küçələrində hansı quruma xidmət etdikləri məlum olamayan "parkovşiklər" işləyirlər. Onlardan sənəd tələb etdikdə isə sadəcə uzaqlaşırlar.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, ölkə başçısının fərmanı Bakı şəhərində dayanma-durma qaydalarının icrası ilə bağlı bir yenilikdir.

"Bir neçə ildir ki, bu missiya BNA-ya həvalə edilmişdi. Yeni qərara görə, bu prosesdə DYP də iştirak edəcək. Qaydaların pozulmasına görə cərimələrin tətbiqi və avtomobillərin evakuasiya edilməsini DYP də həyata keçirə biləcək", - deyən ekspert bildirib ki, belə bir addım təqdirəlayiqdir.

Ekspertin fikrincə, belə qərarlar qurumların öz mənafeyi üçün deyil, birlikdə dövlət maraqları üçün çalışmasına istiqamətlənir.

"Hər iki qurum dövlət maraqlarına xidmət edəcək, nöqsanlar aradan qaldırılacaq. Vətəndaşlar qanuna tabe olmalıdırlar. Bu qurumlar isə qanunun pozulmasının qarşısını almağa çalışacaqlar. Həmçinin, fərmana görə, vətəndaşı hər iki qurumun eyni zamanda məsuliyyətə cəlb etməməsi üçün vahid sistem qurulmalıdır. Mərkəzi məlumat sistemindən hər iki qurum istifadə edərsə, belə yanlışlığa yol verilməyəcək".

Xəbər lenti
0