CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxan daha bir jurnalist sağaldı - FOTO

© AFP 2023 / JOHAN ORDONEZТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist “Facebook” hesabında bildirib ki, koronavirus test nəticəsi neqativ çıxıb və artıq evə buraxılıb: "Xəstəxana dövrü bitdi"

BAKI, 11 iyul — Sputnik. Koronavirusa yoluxan ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsriova sağalıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Aynur Nəsirova özü məlumat verib. O, “Facebook” hesabında bildirib ki, koronavirus test nəticəsi neqativ çıxıb və artıq evə buraxılıb: "Xəstəxana dövrü bitdi". Bundan sonra isə 14 günlük karantin rejimində olacaq.

Qeyd edək ki, Aynur Nəsirova həm də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimidir.

Xəbər lenti
0