CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
H.Hacıyev deyib ki, ekspres avtobuslarda sıxlığın azaldılması üçün Bakı Nəqliyyat Agentliyinə avtobusların artırılması barədə tapşırıq verilib.

BAKI, 10 iyul — Sputnik. "Sərt karantin rejimi zamanı verilən qərarlar birgə müzakirə olunaraq verilir.  Metronun fəaliyyətinin dayandırılması il bağlı qərar da ümumi müzakirədən sonra verilmiş qərardır". Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə jurnalistlərin avtobuslarda sıxlıqla bağlı sualına  cavabında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, özü şəxsən ictimai nəqliyyatdan istifadə etdiyindən, vəziyyətdən xəbərdardır. H.Hacıyev deyib ki, ekspres avtobuslarda sıxlığın azaldılması üçün Bakı Nəqliyyat Agentliyinə avtobusların artırılması barədə tapşırıq verilib.

Xəbər lenti
0