CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üfunətdən canımız qurtaracaq! Böyük Şor gölünü təmizləməyə başladılar

© Sputnik / Irade JELILBöyükşor gölündə vəziyyət
Böyükşor gölündə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.

BAKI, 9 iyul — Sputnik. Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb.

Böyükşor gölündə vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əvvəldən nə idi hüsnü-camalı, indi oldu...

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

"Böyük Şor gölündə yaranmış çirklənmənin aradan qaldırılması işləri Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır" – deyə ETSN rəsmisi qeyd edib.

İ.İbrahimova bildirib ki, hazırda FHN, ETSN və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işləri həyata keçirilir.

Çirkab təbəqə FHN-nin Xəzər Hövzə Xidmətinin texnika və işçi qüvvəsi tərəfindən yığılaraq Təhlükəli Tullantılar Poliqonuna daşınır.

Xəbər lenti
0