13:14 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
271 0 0

Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

BAKI, 9 iyul — Sputnik. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsi" istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədilə sözügedən avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

  • Sumqayıt yolunda yeni geridönmə hissəsi
    © Azerbaijan Highway State Agency.
  • Sumqayıt yolunda yeni geridönmə hissəsi
    © Azerbaijan Highway State Agency.
  • Sumqayıt yolunda yeni geridönmə hissəsi
    © Azerbaijan Highway State Agency.
  • Sumqayıt yolunda yeni geridönmə hissəsi
    © Azerbaijan Highway State Agency.
  • Sumqayıt yolunda yeni geridönmə hissəsi
    © Azerbaijan Highway State Agency.
1 / 5
© Azerbaijan Highway State Agency.
Sumqayıt yolunda yeni geridönmə hissəsi

O bildirib ki, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi"ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi" ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Qeyd edək ki, yeni yol hissəsi bir istiqamətlidir və yalnız paytaxtda doğru geridönməni təmin edir.

Əsas mövzular