19:22 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (318)
773 0 0

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin bir yerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə dəvət ediliblər və barələrində inzibati tənbeh tədbirləri görülüb.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxslər

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib. Qaydaları pozanlar da etdikləri əməldən peşman olduqlarını səmimi olaraq etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (318)

Əlaqədar

Bir gündə 1081 nəfər rejimi pozdu
Azərbaycanın bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı - koronavirusa görə
Gərək Bakı boşala, yoxsa...
Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?
Sərtləşdirilmiş xüsusi karantin rejimi 16 bölgədə tətbiq olunacaq
Teqlər:
polis, hovuz, Azərbaycan, Koronavirus, COVID-19, karantin

Əsas mövzular