Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı cütlüyün ağlına qeyri-adi ideya gəlib

© Photo : Instagram / questioningmillenialsРуфат и Марьям Зейналовы, фото из архива
Руфат и Марьям Зейналовы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət və Məryəm Zeynalovlar Bakı küçələrində məşhur filmlərdən kadrları təkrarlayan qeyri-adi bir layihə həyata keçiriblər.

BAKI, 9 iyul - Sputnik, Kəmalə Əliyeva. Sputnik Azərbaycan xəbər verir ki, Rüfət və Məryəm Zeynalovlar məşhur Azərbaycan və xarici filmlərin bəzi səhnələrini təkrarlamaqla məşğuldurlar.

Bir il əvvəl cütlük "Instagram" sosial şəbəkəsində səhifə yaradıb. Cütlükdə təsadüfən Bakının küçələrində məşhur kinolentlərdən kadrları yenidən yaratmaq ideyası yaranıb.

View this post on Instagram

A post shared by Rufat and Maryam (@questioningmillenials) on

Ər-arvad Azərbaycanda və xaricdə çəkilmiş müxtəlif  "Real sevgi", "Tərcümənin çətinlikləri", "Qaynana", "Leon", "La-La-Lend" kimi filmlərdəki bəzi populyar səhnələri təkrarlayırlar. Onlar əsasən ən reytinqli və çox müzakirə olunan kadrları seçirlər.

Tezliklə onlar digər filmlərdən də kadrlar təqdim etmək niyyətindədirlər. Fotoların müəllifi fotoqraf Teymur Mehdizadədir.

View this post on Instagram

A post shared by Rufat and Maryam (@questioningmillenials) on

Şəkillər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Rüfət və Məryəm Zeynalovlar çoxlu müsbət rəylər aldıqlarından bu layihəni davam etdirmək qərarına gəliblər.

Xəbər lenti
0