00:47 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
797 0 0

Psixiatr-narkoloq Aleksey Kazantsev: İstidə alkoqolun xüsusilə çox miqdarda istifadəsi insan sağlamlığına zərərli təsir göstərir.

BAKI, 9 iyul – Sputnik. İsti hava spirt istehlakını daha da zərərli edir. Bu təhlükə barədə Sputnik radiosuna müsahibəsində psixiatr-narkoloq Aleksey Kazantsev bildirib.

“İstidə alkoqolun xüsusilə çox miqdarda istifadəsi insan sağlamlığına zərərli təsir göstərir. Əsas təhlükələrdən biri də odur ki, istidə insan hətta aşağı dozada spirt qəbulundan belə tez sərxoş olur”, - deyə Aleksey Kazantsev xəbərdarlıq edib.

"Yüngül spirtli içkilər, sidr və ya pivə, zəif qazlı içkilərdir. Zəif karbonatlı içkilər mədədə daha sürətlə əmilir və adam daha sürətlə sərxoş olur. Spirtli içkilərdə dadlandırıcılar, şəkər varsa, bu, şərabı tündləşdirir. Müxtəlif alkoqollu kokteyllər isə sərxoşluğun müddətini uzadır", - deyə Kazantsev bildirib.

Onu sözlərinə görə, bundan əlavə, spirt xəsarət alma riskini artırır:

Spirtli içki qəbul edən adam tez-tez sərinləşməyə çalışır. Bunun üçün özünü fəvvarələrin altına atır, dərinliyini və öz gücünü bilmədən müxtəlif su mənbələrinə tullanır. İnsan hətta belə hallarda nəqliyyat vasitəsini idarə etmədən, yolu piyada keçidindən keçmədən avtomobil qəzasına düşə, yaxud da sadəcə torpağın üstündə yata və pnevmoniyaya tutula bilər".

Onun fikrincə, istidə alkoqoldan imtina etmək imkanı yoxdursa, qazsız zəif alkoqollu içkiləri seçmək daha yaxşıdır.

"Onları buza və ya soyuq suya qoymaq zəruridir. İçki içərkən damın altında, kölgəlikdə olmaq məsləhətdir. Günün isti vaxtlarında içmək məsləhət deyil. Alkoqollu içkiləri yay vaxtı axşam içmək daha yaxşıdır. Ən əsası isə mülayim dozalarda içmək lazımdır", - Aleksey Kazantsev əlavə edib.

Əsas mövzular