CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əvvəldən nə idi hüsnü-camalı, indi oldu...

© Sputnik / Irade JELILBöyükşor gölündə vəziyyət
Böyükşor gölündə vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Əlizadə vurğulayıb ki, "Sobsan" boya fabrikində olan yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılması da kəskin qoxuya səbəb ola bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Beş il əvvəl ölkə başçısının açılışında iştirak etdiyi Böyükşor bulvarı və park "Sobsan" boya zavodunda baş verən yanğından sonra dözülməz hala gəlib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları Böyükşor gölünün suyundan nümunə götürərək təhlil ediblər. Məlum olub ki, suyun tərkibində xlorid, ammonium və sulfat ionu normadan dəfələrlə artıqdır. Sputnik Azərbaycan xəbər verir ki, göldə laborator tədqiqatın aparılmasına səbəb, “Sobsan” boya zavodunda baş verən yanğından sonra ətrafı bürüyən üfunət olub.

Qeyd edək ki, Böyükşor Bakının ən böyük gölüdür. Binəqədi, Nərimanov və Sabunçu rayonlarının inzibati ərazisində yerləşir. Hazırda gölün yaxınlığında yaşayış olmasa da, yaxın qəsəbələrdə yaşayan sakinlər illərdir, gölün üfunət qoxusundan şikayətçi olub. Hətta illər əvvəl göl ekoloji cəhətdən təhlükəli hesab edilirmiş. Hazırda gölə 50-yə yaxın mənbədən su axıdılır. 1930-cu illərdə neft-mədən suları axıdıldıqdan sonra gölün suyu çirklənib. Rəsmi məlumatlara görə, gölün oksigen balansı tamamilə pozulub.

© Sputnik / Irade JELILBöyükşor gölündə vəziyyət
Əvvəldən nə idi hüsnü-camalı, indi oldu... - Sputnik Azərbaycan
Böyükşor gölündə vəziyyət

Qeyd edək ki, 2000-ci illərdən sonra gölün suyu fövqəladə çirkli su sinfinə aid edilib.

Amma 10 il əvvəl gölün təmizlənməsi üçün müəyyən təbirlər görülməyə başlanı, Böyükşor bulvarı yaradılıb. 2015-ci ildə Böyükşor bulvarı və parkın açılışında ölkə başçısı da iştirak edib. Bulvar salınan ərazidə suyun təmizlənməsi də müşahidə edilirdi. Bunu ölkə başçısı da dilə gətirmişdi. O, hətta əlavə tədbirlərin görüləcəyini də qeyd etmişdi. 

Ancaq "Sobsan" boya zavodunda baş verən yanğından sonra göldə vəziyyət dəyişdi.

© Sputnik / Irade JELILBöyükşor gölündə vəziyyət
Əvvəldən nə idi hüsnü-camalı, indi oldu... - Sputnik Azərbaycan
Böyükşor gölündə vəziyyət

Bir neçə gündür ki, gölün qoxusu ətraf əraziləri bürüyüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gölün suyundan nümunə götürərək təhlil ediblər.

Müəyyən edilib ki, suyun tərkibində xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.

Gölün ətrafa qoxu yaymasını isə mütəxəssislər yüksək tempratur və durğun hava şəraiti ilə izah edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin fikrincə, ətrafda yerləşən bəzi məntəqələrin, istehsalat müəssisələrinin, yaşayış evlərinin tullantıları, çirkab suları vahid mərkəzləşmiş kanalizasiya sistemi olmadığına görə, həmin gölə axıdılır. Bu səbəbdən orada həmişə az da olsa pis qoxu müşahidə edilib.

© Sputnik / Irade JELILBöyükşor gölündə vəziyyət
Əvvəldən nə idi hüsnü-camalı, indi oldu... - Sputnik Azərbaycan
Böyükşor gölündə vəziyyət

H.Əlizadə vurğulayıb ki, bir neçə gün öncə "Sobsan" boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılması da kəskin qoxuya səbəb ola bilər.

Nazirliyin əməkdaşı qeyd edib ki, 10 il əvvəl bu göl ekoloji fəlakət zonası elan edilib. Amma son illər görülən tədbilər gölün ekologiyasına müsbət təsir göstərib. 

Xidmət rəisinin sözlərinə görə, boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək.

“Azərsu” ASC- nin mətbuat katibi Anar Cəbrayıllı isə bildirib ki, ASC-yə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır: "Mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır. Amma ətrafdakı açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri-əhali abonentlərindən, sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur".

© Sputnik / Irade JELILСитуация на озере Беюкшор
Böyükşor gölündə vəziyyət - Sputnik Azərbaycan
1/4
Ситуация на озере Беюкшор
© Sputnik / Irade JELILСитуация на озере Беюкшор
Böyükşor gölündə vəziyyət - Sputnik Azərbaycan
2/4
Ситуация на озере Беюкшор
© Sputnik / Irade JELILСитуация на озере Беюкшор
Böyükşor gölündə vəziyyət - Sputnik Azərbaycan
3/4
Ситуация на озере Беюкшор
© Sputnik / Irade JELILСитуация на озере Беюкшор
Böyükşor gölündə vəziyyət - Sputnik Azərbaycan
4/4
Ситуация на озере Беюкшор
1/4
Ситуация на озере Беюкшор
2/4
Ситуация на озере Беюкшор
3/4
Ситуация на озере Беюкшор
4/4
Ситуация на озере Беюкшор

A. Cəbrayıllının dediyinə görə, qurumun mütəxəssisləri ərazidə araşdırma aparıblar və məlum olub ki, “Sobsan” boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür.

"Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə qoxunun nədən yarandığına aydınlıq gətiriləcək", - deyə Cəbrayıllı bildirib.

Xəbər lenti
0