08:09 07 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (261)
444621

Səriyyə Dadaşova hesab edir ki, evdə müalicə olunan koronavirus xəstələri üçün onlara iynə vuracaq və sistem qoyacaq tibb bacıları ayırmaq lazımdır

Kəmalə Əliyeva, Sputnik, Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin skripka üzrə müəllimi Səriyyə Dadaşova bu günlərdə koronavirusa yoluxduğunu bildirib. O, uzun müddət evdə müalicə olunsa da, vəziyyəti pisləşdikdən sonra Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib. Dadaşova Sputnik Azərbaycan-a müsahibəsində xəstəliyi və müalicəsi haqqında ətraflı məlumat verib.

- Səriyyə, koronavirusa yoluxduğunuzu necə başa düşdünüz?

- Tamamilə təsadüfən. Əvvəlcə məndə yüngül quru öskürək vardı, sonra temperaturum 38,5-ə yüksəldi. Dərhal təcili yardım çağırsam da, o, ancaq növbəti gün gəldi. Həkimlər məndən analiz üçün yaxma götürdilər və iki gündən sonra testin nəticəsinin “müsbət” olduğunu bildirdilər.

© Photo : Courtesy of Sariya Dadasheva
Səriyyə Dadaşova

Yoluxduğumu öyrəndikdən sonra əvvəlcə ağladım, amma tez də sakitləşdim. Anladım ki, göz yaşları ilə kədər kömək etməyəcək və müalicə olunmağa başlamaq lazımdır.

- Bəs siz virusa harada yoluxmusunuz?

- Dəqiq deyə bilmərəm ki, bu, məhz harada baş verib.

- Ailənizdən kimsə yoluxub?

- Mən artıq ikinci həftədir, xəstəyəm və çox şadam ki, hələlik doğmalarımdan heç kimin səhhətində problem yaranmayıb. Koronavirusun bəzi simptomlarını hiss etdikdən sonra mən özümü təcrid etdim və evdə tək qaldım. Hesab edirəm ki, özünütəcrid hər halda virusun sevdiklərimə yayılmamasında rol oynadı.

© Photo : Courtesy of Sariya Dadasheva
Səriyyə Dadaşova

- Evdə müalicəyə siz özünüz qərar verdiniz?

- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi COVID-19-a yoluxmuş bəzi pasiyentlərin evdə müalicəsinə qərar verdi, ona görə də məni xəstəxanaya aparmadılar. Poliklinikadan mənə müraciət edərək müalicəni təyin etdilər, hansı dərmanları qəbul etmək lazım gəldiyini dedilər. Düz doqquz gün evdə müalicə olundum. Mən əsasən ərzaq məhsullarının və dərmanların alınması ilə əlaqədar problemlər yaşadım, çünki evdən çıxa bilmirdim. Xəstəliyim barədə öyrəndikdən sonra bir çox yollarla mənə kömək edən dostlarıma minnətdaram. Onlar mənə yemək, dərman gətirirdilər.

- Amma sonra səhhətiniz pisləşdi?

- Poliklinikadan olan həkimlər "WhatsApp" vasitəsilə mənimlə əlaqə saxladılar. Onlar mənə dərman adlarını göndərirdilər, gündə bir dəfə səhhətimlə maraqlanırdılar. Hesab edirəm ki, bunlar düzgün deyil. İnsanları evdə müalicə etmək üçün tibb bacıları ayırmalıdırlar, onlar gəlib xəstəyə iynə vurmalı, sistemləri qoymalıdırlar. Uzaqdan müalicə etmək mümkün deyil, çünki bütün xəstələr özlərinə iynə vura bilməzlər.

Yeddinci günə qədər xəstəliyi çox asanlıqla keçirdim, amma sonra vəziyyət daha da pisləşdi. Doqquzuncu gün xəstəxanada bir yer axtarmağa başladım. Mənə iynə vurmaq lazım idi. Təcili yardım çağırdım və məni tez xəstəxanaya yerləşdirdilər. Çünki xəstələr çoxdur, klinikalarda yer, demək olar ki, yoxdur.

Hesab edirəm ki, əvvəlcə xəstəxanalara xəstəliyin simptomları olmayanların yerləşdirilməsinə ehtiyac yox idi. Onlar evdə qalmalı, bu şəxslərə ərzaq məhsullarının və dərmanların alınmasında kömək edəcək bir qrup insan təşkil edilməli idi. Onda hesab edirəm ki, xəstəxanalarda ağır xəstələr üçün yer qalırdı.

- İndi sizin xəstəxanada müalicəniz necə keçir? Hər şeydən razısınızmı?

- Müalicəmdən məmnunam. Bütün şərait var. Mənə vaxtında dərmanlar verilir, inyeksiya edilir. Yeganə problem ondan ibarətdir ki, tibb işçiləri çatışmır. Tibb bacıları özləri də zamanla yoluxurlar və artıq işləyə bilmirlər.

- Hazırda Tədris Terapevtik Klinikasında vəziyyət necədir?

- Xəstəxananın personalı çox gəncdir. Onlar xəstələri müalicə etmək üçün əllərindən gələni etməyə çalışırlar. Bəzi xəstələr hesab edirlər ki, xəstəxana beşulduzlu oteldir və həkimlərin onlara verə biləcəyindən daha artığını tələb edirlər.

- Bu virusa inanmayanlara nə deyərdiniz?

- Mən hələ də insanları koronavirusun həqiqətən mövcud olduğuna necə inandırmaq lazım gəldiyini bilmirəm. Daha nə olmalıdır ki, insanlar bu xəstəliyin mövcudluğuna inansınlar?! İnanmırlarsa öz işləridir, amma heç olmasa, mütləq maska taxsınlar.

© Photo : Courtesy of Sariya Dadasheva
Səriyyə Dadaşova

- İndi özünüzü necə hiss edirsiniz?

- Məndə artıq xəstəliyin 13-cü günüdür və indi özümü daha yaxşı hiss edirəm. Artıq düzəlməyə doğru gedirəm. Məndən təkrar analizlər götürüblər və tezliklə həkimlər xəstəxanadan nə vaxt çıxacağım barədə məlumat verəcəklər.

- Sosial şəbəkədə siz evdə koronavirusdan müalicə olunan insanlara kömək etmək üçün bir qrup gəncin toplanmasını təklif etdiniz. Kimsə sizin layihəyə cavab verdi?

- Çoxları cavab verdilər. Təəssüf ki, hələlik sağlamlığım bütün bunlarla məşğul olmağa imkan vermir. Düşünürəm ki, dövlət müəssisələri onu dəstəkləyərsə, mənim təklifimi reallaşdırmaq mümkün olacaq. İnsanların sağlamlığı ilə risk etmək olmaz. Arzu edən hər kəs toplaşıb yardım üçün Səhiyyə Nazirliyinə müraciət etməlidir. Hər şeyi düşünmək lazımdır, çünki bu, həm də layihədə iştirak etmək istəyən insanların həyatı üçün də risklidir.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (261)

Əlaqədar

AZTV-nin iki məşhur şərhçisi də koronavirusa yoluxdu
Bəhram Bağırzadədən xəbər var - bugünkü rentgen müayinəsi ümidvericidir
Qardaş köməyi gəldi: Türkiyə koronavirusla mübarizə üçün yardım göndərib
Göndərişsiz COVID-19 üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişlənib
ÜST üç dərmanın sınağını dayandırdı – COVİD-19-a qarşı kömək eləmir

Əsas mövzular