CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsl yay havası olacaq – Amma biz bəhrələnə bilməyəcəyik

© Sputnik / Murad OrujovОткрытие пляжного сезона в Баку, фото из архива
Открытие пляжного сезона в Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq

BAKI, 5 iyul – Sputnik. 6 iyul üçün gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə 6 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Почва, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kosmos, qonşularımız və özümüz - susuzluğa günahkar yox, çarə tapmağın zamanı gəldi

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq. 

6 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz  23-28 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər lenti
0