CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin rejiminə  nəzarət gücləndiriləcək – Şahmar Mövsümov

© Sputnik / Murad OrujovКонтроль за ситуацией в связи с эпидемиологической обстановкой в Баку
Контроль за ситуацией в связи с эпидемиологической обстановкой в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib ki, bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir

BAKI, 3 iyul – Sputnik. “Azərbaycanda karantin rejimində nəzarət gücləndiriləcək”.

Девушка в защитной маске на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bundan sonra Milli Ordunun hərbçiləri də karantin rejiminə nəzarət edəcəklər

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, bunu insanlar qısa zamanda hiss edəcəklər: “Yas mərasimləri təşkil edən insanlar özləri də bunun məsuliyyətini dərk etməlidirlər”.

Şahmar Mövsümov deyib ki, cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib ki, bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir. Buna görə də bunu gizlətməyə çalışırlar: “Biz hər birimiz bu virusa yoluxa bilərik. Ona görə də bunu gizlətməyə ehtiyac yoxdur. Cəmiyyətdə bu fikrin formalaşmasının qarşısı alınmalıdır. Özünü xəstə hiss edən, hərarəti qalxdığı üçün özünü narahat hiss edən hər bir şəxs mütləq və mütləq həkimə müraciət etməlidir. Çünki bunu etməsələr onlar da yoluxmanın yayılmasında iştirak etmiş olurlar”.

Xəbər lenti
0