CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqətli olun! Qatarların hərəkəti də dayandırılır

© Official website of President of Azerbaijan RepublicСтанция Новханы, фото из архива
Станция Новханы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərara əsasən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

BAKI, 3 iyul — Sputnik. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsindən məlumat verilib.

Bildirilib ki, o cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək.

Xəbər lenti
0