CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro işləməyəcəyi dövrdə avtobusların qrafiki bəlli oldu - CƏDVƏL

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir

BAKI, 3 iyul — Sputnik. Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından 06.07.2020-ci il tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunur. Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi, saat 07:00-dan 20:00-dək müəyyən edilib. Sputnik Azərbaycan-ın Bakı Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

© Baku Transport AgencyBakıda ekspress xətlər üzrə avtobusların qrafiki
Metro işləməyəcəyi dövrdə avtobusların qrafiki bəlli oldu - CƏDVƏL - Sputnik Azərbaycan
Bakıda ekspress xətlər üzrə avtobusların qrafiki

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən aşağıda qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik. Bildiririk ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində və avtobuslarda səyahət edən zaman tibbi maskadan istifadə mütləqdir. Özünüzün və başqalarının sağlamlığının qorunması üçün qoyulan qaydalara əməl etmənizi, sosial məsuliyyət göstərmənizi xahiş edirik.

Xəbər lenti
0